Azərbaycanda meliorasiya və su təsərrüfatının dinamik inkişafı
Azərbaycan Respublikasının tərəqqisinə ömrünü həsr etmiş Heydər Əliyev demişdir: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.
Ümummilli liderimizin bu tövsiyyəsi meliorasiya və su təsərrüfatı kompleksi kollektivlərinin başlıca fəaliyyət proqramıdır. Biz həmin proqrama daim sadiq qalacağıq. Heydər Əliyev ideyalarının, bu müqəddəs insanın bizə miras qoyub getdiyi siyasət kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev əmin ola bilər ki, respublikanın melioratorları və su təsərrüfatı işçiləri bundan sonra daha səylə çalışacaq, yeni ildə qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklər.
Unudulmaz öndərimiz Heydər Əliyevin həyata keçirdiyi möhtəşəm işlər xalqımıza həmişə xeyir-bərəkət gətirmişdir. Onun qurub-yaratdığı müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır. Bunu möhtərəm dövlət başçımızın hazırki fəaliyyəti də aydın göstərir. Mən bu fəaliyyətin meliorasiya və su təsərrüfatı ilə bağlı bəzi məqamlarını diqqətə çatdırmaq istərdim. Belə ki, meliorasiya və su təsərrüfatı sahəsində diqqət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməkdədir. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr ölkə Prezidentinin yaxından köməkliyi və diqqəti sayəsində başa çatdırılmış, bir çox layihələr və tədbirlər isə hazırlda uğurla həyata keçirilir. Azərbaycanda meliorasiya və su təsərrüfatının dinamik inkişafı ulu öndərimizin adı ilə bağlıdır.
Biz hər birimiz bir vətəndaş olaraq, dövlət başçımızın həyata keçirdiyi iqtisadi və siyasi ideyaları dəstəkləyir və onunla qürur duyuruq.
Yevlax rayonu Yuxarı Qarabağ Kanalı
İstismar idarəsinin rəisi Şakir İmanov