Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının birgə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı.

Azərbaycan və Özbəkistan tarixi müstəqilliklərinə qovuş¬duqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Xatırladaq ki, hazırda respublikamız keçmiş sovet müttəfiqi və indiki strateji tərəfdaşı olan dost və qardaş Özbəkistanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, son illər ölkələrimiz arasında münasibətlər özünün ən yüksək inkişaf səviyyəsinə yüksəlib. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin son illərdəki qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsini daha da sürətləndirib. Bu səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafını, əmtəə dövriy¬yəsinin artmasını, nəqliyyat və energetika sahələrində əməkdaşlığın yeni mərhələyə daxil olmasını şərtləndirib. Ölkələrimiz arasında qabarıq nəzərə çarpan bu dinamizm ticarətin genişlənməsinə müsbət təsir göstərib. Belə ki, 2023-cü ildə mövcud sahədə dövriyyə 232 milyon dollar təşkil edib. Cari ilin yanvar–iyul aylarında isə həmin göstərici 118 milyon dolları ötüb. Hər iki dövlətin iqtisadi in-kişafını şərtləndirən bir məqamı da xatırlatmaq yerinə düşər. Özbəkistanda Azər¬baycan kapitallı 236 müəssisə, o cümlədən 62 müştərək müəssisə, respublikamızda isə dost ölkənin 70 şirkəti fəaliyyət göstərir. Yeni yaradılan birgə investisiya fondu isə bu uğurlu rəqəmlərin stimullaşdırılmasın¬da mühüm rol oynayır. Hazırda əməkdaş¬lığın genişlənməsinə bir sıra perspektivli sahələrdə gerçəkləşdirilən təşəbbüslər, məsələn, ipək istehsalı, toxuculuq klasteri¬nin yaradılması və qida istehsalı layihələri mühüm önəm daşıyır.
Azərbaycan və Özbəkistan münasibətlərində daha çox diqqətçəkən məqamlardan biri Qarabağ münaqişəsinin həllində respublikamızın ədalətli mövqeyini dost ölkənin hər zaman dəstəkləməsi olub. Belə ki, Özbəkistan dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə dəstəklə¬yib. Vətən müharibəsindən sonra isə qar¬daş Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızın bərpa-quruculuq prosesinə fəal qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda bu ölkənin vəsaiti hesabına inşa olunmuş məktəb qar-daş özbək xalqının hədiyyəsi kimi yüksək dəyərləndirilib.
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin avqustun 23-də hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə də bu barədə ətraflı söhbət açılıb. Dövlətimizin başçısının Özbəkista¬na indiki səfər çərçivəsində keçirilən biz¬nes-forumda artıq 2 milyard dollar dəyə¬rində layihələr portfeli formalaşdırıldığı bildirilib və bu, uzun bir səyahətin başlan¬ğıcı kimi qiymətləndirilib.
Azərbaycan və Özbəkistan son illərdə iqtisadi əməkdaşlıqda böyük irəliləyiş əldə edib. Belə ki, ötən 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Təkcə cari il bu sahədə artım 20 faiz olub. Hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard ABŞ dolla¬rına çatdırmağı hədəfləyib. Əməkdaşlığın əsas sahələrinə enerji, tekstil, kənd təsərrüfatı və şəhərsalma daxildir. Səfər çərçivəsində liderlərin birgə İnvestisiya Fondu kapita¬lının artırılacağı ilə bağlı bəyanatları, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaş¬lığının daha da genişləndirilməsi üzrə 2024–2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) imzalanması bu sahədə irimiqyaslı layihələrin icrasına zəmin yaradacaq.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.