Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov təşkilatın partiya fəalları ilə görüş keçirib – FOTO

12 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov Beyləqan şəhər 6 saylı Ərazi Partiya Təşkilatının partiya fəalları ilə görüş keçirib.

Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək Azərbaycanda və regionda baş verən proseslərdən, ictimai-siyasi hadisələrdən eləcədə, Partiyada aparılan islahatlar və görülən işlər barədə məlumat verdi. Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş şəhər, rayon və kəndlərdə aparılan yenidənqurma, abadlıq quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Tədbirdə çıxış edən partiya fəalları: İlhamə İsmayılova, Məzahir Çıraqov, İbrahim Rüstəmov, Rəqsanə Tağıyeva və Aygün Babayeva ölkə Prezidenti Cənab İlham Əliyevə ölkəmiz üçün gördüyü işlərlə bağlı dərin minnətdarlıqlarını bildirdilər.
Daha sonra fəallar tərəfindən irəli sürülən müraciət, təklif və problemlər dinlənilmiş və qeydə alınmışdır.

Könül Səssiz – Media.info.az