Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib
Sentyabrın 18-də prezident İlham Əliyev Cavid Qənbər oğlu Qurbanovu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edib.
Cavid Qurbanov 1958-ci ilin sentyabrında Kəlbəcər rayonunun Ağdaban kəndində doğulub.
1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1970-ci illərdən başlayıb. Kəlbəcər şəhərində elektroenergetika sahəsində, 26 Bakı komissarı adına mətbəədə işləyib.
1980-ci illərdə “Azərdövlət” Layihə İnstitutunda, “Azərnəqliyyattikinti” trestinin avtobazasında çalışıb.
1987-1992-ci illərdə “Elektromexanikləşdirmə” trestinin 4 saylı avtonəqliyyat kontorunun direktoru, 1992-1993-cü illərdə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin İxtisaslaşdırılmış İstehsalat Avtomobil Nəqliyyat Birliyinin baş direktoru olub.
1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti, 1995-ci ildə “Avtoərzaqnəqliyyat” Birliyinin baş direktoru, 1995-1997-ci illərdə Dövlət Dəmir Yolu İdarəsinin Bakı bölməsinin təchizat şöbəsinin rəisi, 1997-2003-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini – “Azərdəmiryolservis” İstehsalat Birliyinin rəisi, 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2007-2015-ci illərdə “Azəryolservis” ASC-nin sədri vəzifələrini tutub.
2015-ci ilin fevralından “Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir.
Pressaz.az xüsusi qeyd edir ki, Cavid Qənbər oğlu Qurbanov işlədiyi bu illər ərzində azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında bir çox nailiyyətlər qazanmış və dəmiryolçuların sosial problemlərinin həllində əvəzsiz xidmətlər gostərmişdir.
Sentyabrın 19-da Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun 60 yaşı tamam olub.