Azərbaycan əhalisinin sayı açıqlandı – RƏSMİ

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61 min 160 nəfər artıb və 2018-ci il oktyabrın 1-nə olan rəsmi rəqəmlərə görə 9 milyon 959 min 245 nəfərə çatıb.

Pressaz.az Oxu.Az-a istinadən xəbər verir ki, ölkə ərazisində bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Qeyd edək ki, əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faizi isə kənd sakinləridir.

Qadınlar və kişilər arasındakı mütənasiblik isə kişilərin xeyrinə artır: əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir il əvvəl isə 49 faizini kişilər, 51 faizini qadınlar tuturdu.

Crowded Istiklal street in Taxim, Istanbul