Aynur Yasəmən:” Darıxdım”…VİDEO

     CƏNNƏTMƏKANIMA

Səndən uca zirvə yoxdu,tapılmaz,
Ucadan boylanan adına qurban.
Sənin həsrətinlə sinəsi yanan,
ATA, qohumuna, yadına qurban.

Hicranın yol aldı ürəyimizə
Çökdü sinəmizə ağır dağ kimi
Gözünü yollarda qoymuşuq ATA,
Olmadiq yanında üzü ağ kimi.

Məzarın düşmüşdü düşmənə əsir,
Şəkilin döyülmüş daşa həsrətik.
Otuz il bir qərib məzarın üstə,
Bir ovuc axacaq yaşa həsrətik

Gedişin bir igid ömrü qədərdi,
Otuz il almısan yaşım üstündən.
Həsrətinlə keçən hər saniyələr,
Ələyib bəyazın başım üstündən.

Cisminlə yanımda olmasan belə,
Ruhunla qorudun bilirəm bunu.
Ey cənnət məkanım yanında olsun,
Ömrün axırında yolumun sonu!

 

Aynur Yasəmən – mediq.info.az