Avraam Russo “Çırpınırdı Qara dəniz”i erməni mahnısı kimi təqdim etdi

Rusiyalı müğənni Avraam Russo Soçidə keçirilən “Песне года” adlı gecədə səhnəyə çıxıb.

 Pressaz.az bildirir ki,  Axşam.az-ın məlumatına görə, ifaçı gecədə erməni mahnısı olan “Kamança”nı təqdim edib. Sözügedən mahnının Azərbaycan bəstəsi olan “Çırpınırdı Qara dəniz”in plagiatı olduğu ortaya çıxıb.
“Песня года” erməni kanalı tərəfindən keçirilir. Rusiyalı müğənnilər orada mahnı səsləndirir, mükafat qazanırlar. Dahi azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyli tərəfindən bəstələnən “Çırpınırdı Qara dəniz”in erməni mahnısı kimi təqdim edilməsi səs-küy yaradıb. Avraamın “YouTube”da yerləşdirilən ifasında müəllif adı qeyd edilməyib. Mahnının sözləri kimi isə Sayat-Nova yazılıb.