İmadəddin Nəsiminin şeiri türk serialında səsləndirildi – VİDEO

Türkiyənin məşhur “Ay yapım”ın şirkətinin istehsal etdiyi yeni “Kuzgun” serialının ilk bölümünün tizeri çıxar-çıxmaz səs-küyə səbəb olub.

Pressaz.az  Oxu.az-a istinadən xəbər verir ki, baş rollarda məşhur aktyorlar Burcu Biricik və Barış Arduçun oynadığı serialın arxa fonundakı İmadəddin Nəsiminin sözlərinə oxunan bəstə izləyicilərin diqqətindən yayınmayıb.

Belə ki, sözləri Nəsimi, bəstəsi Feyzullah Çinara aid olan “Minnet eylemem” adlı mahnını Kosovada yaşayan gənc ifaçı Florijana Rekshepi səsləndirib.

Qeyd edək ki, ölkəmizdə bu il “Nəsimi ili” elan olunub.