Arif Məhərrəmov “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilib – FOTO

Arif Məhərrəmovun ” Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilməsi barədə əmri UQTMŞ Sədri Daşqın Gülməmmədov imzalayıb. Təltif haqqında əmrdə qeyd edilir ki, Məhərrəmov Arif Vəli oğlu, “Türk dünyası qarşısında xidmətlərinə görə”, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilir.
Arif Məhərrəmov 1965-ci il 23 sentyabr tarixində Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. 1983-1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağda döyüşüb. Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala (Qroznı) şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.