Allergoloq Reyhan Paşayeva :”Bronxial astmanın kəskinləşməsini provokasiya edən kifayət qədər səbəb vardır.”

Astmanın yaranma səbəbindən asılı olaraq allergiya və allerqiyasız formalara ayırd edilir. Bunun göstəricisi kimi allergenlərin (bitki tozu, yun, ev tozu və bəzi qida məhsullari) təsirindən kəskinləşən formaya allergik astma deyilir. Astma hücumu zamanı burun tutulması, bədəndə qızartıların peyda olması və qaşınmaların əmələ gəlməsi kimi vəziyyət yarana bilir.

Tənəffüs yollarının iltihabı allergik olmayan astmadan əziyyət çəkən xəstələr qıcıqlandırıcılara daha həssas olurlar. İstənilən qıcıqlandırıcı bronx spazmasına səbəb ola bilər. Bu zaman xəstə ağır vəziyyətə düşür, onu boğulma və ağır öskürək müşayiət edir. Belə xəstələrə dərhal yarım göstərilməlidir.

Bronxial astmanın kəskinləşməsini provokasiya edən kifayət qədər səbəb vardır. Məsələn, kəskin qoxu, siqaret tüstüsü, kimyəvi materialların yandırılmasından əmələ gələn tüstü, evdə işlədilən kimyəvi maddələr, kosmetika, tullantı qazları və s.

Bronxial astmaya səbəb xəstənin çalışdığı işi yeri ola bilər. Səbəb təsdiqləndiyi halda iş yerinin dəyişdirilməsi məsələni həll etmiş ola bilər. Həmçinin yaşayış mühiti qıcıqlandırıcı ola bilər ki, belə olan halda mühiti tərk etmək məsləhət görülür.

Bronxial astmani provokasiya edən faktor bəzi dərman preparatları ola bilər. Əgər hər-hansı bir dərmanın qəbulu zamanı əlamətlərini görürsünüzsə həmin dərmanı dayandırın və həkimə müraciət edin.

 

Həkim allergoloq Reyhan Paşayeva