Allergoloq pulmoloq Dr.Reyhan Paşayeva:” Pollinoz çiçək tozcuqlarının törətdiyi fəsli allergik xəstəlikdir” – FOTO
Pollinoz çiçək tozcuqlarının törətdiyi fəsli allergik xəstəlikdir.
Əsasən rino-konyuktival əlamətlərlə özünü göstərir.
✅ Yaranma zamanları
Pollinozun əlamətləri bəzi ağac və bitkilərin çiçəklənmə dövründə yaranır. Çiçəklənmə dövrü qurtardıqdan sonra xəstəliyin əlamətləri tamamilə keçib gedir.
Ağacların çiçək tozcuqlarının yaratdığı pollinozun əlamətləri fevral, mart, aprel aylarında, çəmən otlarının törətdiyi pollinoz may, iyun aylarında, mədəni-dənli bitkilərin törətdiyi pollinoz iyun, iyul, avqust, alaq otlarının törətdiyi pollinoz isə avqust, sentyabr, oktyabr aylarında özünü göstərir.
✅Kəskinləşmə dövründə aşağıdakı əlamətlər olur:
-burun içərisində güclü qaşınma,
-çoxsayda asqırmalar (pollinozlu xəstələrin asqırmalarının sayı 10 və daha çox olur),
-burun axması, burunda şəffaf, təmiz maye axması, hətta bir dəsmal belə kifayət etmir,
-xəstənin gözlərinin möhkəm qaşınması, göynəməsi və ağrıması (sanki gözlərinə qum dənələri düşməsi hissi)
-gözləri yaşarır, sulanır, gözlərinin yorulması əlamətləri olur.
Həmçinin bəzi pollinozlu xəstələrdə qulaqlarda qaşınma, baş ağrıları, əzginlik, yorğunluq, əsəbilik və s.bilir.
Tutma şəkilli öskürək, təngnəfəslik, sinəsində xışıltı və boğulma tutmaları əmələ gəlməsi tozcuq bronxial astmasının başlanğıcından xəbər verir.
✅Müalicəsi
Pollinozun müalicəsini allergen spesifik immunoterapiya (yəni ASİT) və allergik prosesin müxtəlif dövrlərinə təsir edən qeyri-spesifik hiposensiblizasiyaedici dərmanların təyini üsulu ilə həyata keçirirlər.
Pollinozun kəskinləşmə dövründə adətən nazal kortikosteroidlər, göz damcıları və antihistamin preparatlar təyin olunur.