Ağ Evdə COVID-19 təşvişi: Trampın müşaviri infeksiyaya yoluxdu

ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brayen koronavirusa yoluxub.
Bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Beyaz Saray Ulusal Güvenlik Danışmanı O’Brien Kovid-19’a yakalandı
“Bloomberg”in müxbiri Cennifer Yakobs şəxsi tvitter səhifəsində Brayenin evdə izolyasiya olunduğunu və uzaqdan işlədiyini yazıb.
Nüfuzlu mətbuat orqanlarınıın yüksək vəzifəli Ağ Ev nümayəndələrinə istinadən verdiyi xəbərə görə, Brayenin ailəvi tədbirdə infeksiyaya yoluxduğu ehtimal edilir.
Qeyd edək ki, Robert O’Brayen bu günə qədər Ağ Evdə COVID-19-a yoluxan ən yüksək vəzifəli şəxsdir./Publika.az