LAMİƏ MƏMİYEVA: QOCALTMA DÜNYA

        Qocaltma dünya

 

Yarəbb dözə bilmir buna ürəyim,

Saçına dən düşür, anam qocalır.  

Əzabla keçdiyi ömür yolları,

Onun üz-gözünə qırışlar salır.

 

Məni bu dünyaya gətirən odur

əzab-əziyyətlə böyüdən odur.

İndi sonluğunda əziyyət budur

Saçına dən düşür, anam qocalır.

 

Al ömrümdən ver anamın ömrünə,

Amma sən anamı qocaltma dünya.

Çəkim hər əzabı onun yerinə.

Amma, sən anamı qocaltma dünya.

 

Anam bu həyatda çox zülüm görüb,

Qəlbi qan ağlayıb, üzüsə gülüb.

O, hər tikəsini bizimlə bölüb,

Onun ürəyinə toxunma dünya.

 

Ona nəzər salıb diqqət edirəm,

Görürəm xəlvəti nəsə söyləyir.

Çöküb ayaqları, dizləri üstdə,

Anam bizim üçün dua eyləyir.

 

 

             Məhəbbət

Sənə məhəbbətin kimliyin deyim,

Deyim hiyləsindən və kələyindən.

İnsanı aldadıb, salır toruna,

Sonra nişan alıb düz ürəyindən

Yandırır məhəbbət, yaxır məhəbbət.

 

Onuncün bir ömür fəda edirsən,

Ağlasa ağlayır, gülsə gülürsən.

Çox gec anlayırsan, çox gec görürsən

Kənardan seyr edib, baxır məhəbbət

Yandırır məhəbbət, yaxır məhəbbət.

 

Ətrini havadan belə alırsan,

Hər an düşünürsən, yada salırsan.

Onu görməyəndə dəli olursan

Kənardan seyr edib, baxır məhəbbət

Yandırır məhəbbət, yaxır məhəbbət.

 

Daim seviləsiz, daim sevəsiz

Bax onda anlayıb, onda görərsiz.

Mənim dediyimi siz də deyərsiz

Yandırır məhəbbət, yaxır məhəbbət.

  

Lamiyə Məmiyeva