Beyləqan rayonu Kəbirli kənd şəhidi Böyükağa Yusiflinin “Yarım qalmış hekayəm” adlı kitabının təqdimat mərasimi keçirilib – FOTO + VİDEO
Pressaz.az – ın məlumatına görə avqustun 18-də Beyləqan rayonu Kəbirli kənd şəhidi Böyükağa Yusiflinin “Yarım qalmış hekayəm” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda “QGY” jurnalının Təsisçi və Baş redaktoru, Pressaz.az xəbər portalının rəhbəri, şair publisist Ramilə Atəş, Rayon icra hakimiyyətinin üzvləri və şəhidin yaxınları və ailə üzvləri iştirak ediblər.
Təqdimatdan sonra şəhidin məzarı ziyarət olunub və dualar oxunub.