Hüquqşünas – şair Ədalət Əroğlu: “Görəmmədim”… VİDEO
GÖRƏMMƏDİM
Yollara çıxmışam hər yan qaranlıq.
Getməyə işıqlı yön görəmmədim.
Gözlərim tor görür, dünyam qaranlıq,
Həkim də sağaltmır, mən görəmmədim.
Dağlara gedirəm, cığırlar əyri,
Yuxarı çıxmağa yol görəmmədim.
Dağlara baxıram, o dağlar əyri,
Əvvəlki vüqarın, bol görəmmədim.
Cığırla dağlara qalxarkən qardaş,
Həmin cığrları, sən görəmmədim,
Yoxdu bu yolumda mənə bir sirdaş,
Nüsrəttək birisin, mən görəmmədim.
Qalxıram yoxuşu, dağ yuxarı mən,
Dağlarım böyükdür, aşammıarm mən.
Dözmürəm hicrana, ağlamışam mən.
Anamı yanımda, mən görəmmədim.
Havaya baxıram, hava buludlu,
O parlaq günəşi, mən görəmmirəm.
Ədalət başın da, yaman buludlu,
Dostları başında cəm görəmmirəm.
Ədalət Əroğlu – Pressaz.az