Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində Şəhid bulağının açılış mərasimi – FOTO

12 avqust 2021-ci il tarixdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində şəhid Toğrul Habil oğlu Xuduyevin xatirəsinə şəhid bulağının açılış mərasimi oldu.
Bulaq kompleksinin açılış mərasimində Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev,İcra hakimiyyətinin məsul işçiləri, rayonun Hüquq mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, şəhid ailələrinin üzvləri, birinci Qarabağ və İkinci Qarabağ müharibəsi veteranları, qaziləri, qeyri hökumət təşkilatlarının nümayəndələri, mətbuat işçiləri, qəsəbə sakinləri iştirak etmişlər
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Birinci Qarabağ və 44 gün davam edən Vətən müharibəsində şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək 44 günlük Vətən müharibəsində Beyləqan igidlərinin Silahlı Qüvvələrin Ali Baş Komandanı Müzəffər İlham Əliyevin rəhbərliyi ilə ata-baba torpaqlarımızın işğaldan azad etməsində göstərdikləri rəşadətdən danışdı. Vətənin qəhrəman övladlarının sayəsində erməni işğalçılarına qalib gələrək Qəlbə bayramını qeyd etdiyimizi bildirdi. Çıxışının sonunda bütün şəhidlərə Allahdan rəhmət eləsin, Qazilərimizə Allah şəfa versin dedi.
Sonra Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Şəhidimizin atası Habil Xudiyevlə birlikdə Bulaq kompleksinin onündən ağ örtüyü götürdülər.
Tədbir iştirakçıları bulaq kompleksi önünə tər gül-çiçək dəstələri düzdülər.
Şəhidimizin atası Habil Xudiyev çıxış edərək, şəhid ailələrinə göstərilən diqqətə görə Ölkə Rəhbəri, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələri adından təşəkkürünü bildirdi. Bütün şəhidlərə Allahdan rəhmət dilədi.
Şəhid Tağı Məmmədov adına Qəhrəmanlı qəsəbə tam orta məktəbin şagirdləri şəhidlərə, vətənə aid şeirlər oxudular.
Şəhid Toğrul Xuduyev 44 günlük vətən müharibəsində Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə döyüşb. 9 noyabr 2020-ci il tarixdə Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğurunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün , döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidliyə, şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğurunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə ” medalları ilə təltif edilib.

Elman İsrafiloğlu