Rəna Qurbanlı Qılıcova: “Qırx dörd günün sədası!”…(poema)

 

    Qırx dörd günün sədası!

                     (poema)
Hər tərəf büründü yamyaşıl dona.
Yetişdi qarlı qış tamamən sona.
Gəlirdi hər yandan yazın xoş ətri.
Yaşıllıq istərdi insanın xətri.
Quşlar cəh-cəh vurub bərk oxuyurdu.
Qızlar da çələngi çox toxuyurdu.
Çələngi başına onlar taxırdı.
Həvəslə güzgüdə sonra baxırdı.
Evin həyətində güllər açırdı.
Onlardan hər yana ətir sacırdı.
Kəndin ortasından keçirdi bir çay.
Salırdı aləmə o bir hay-haray.
Zümzümə çalaraq bu cay axırdı.
Uşaqlar maraqla ona baxırdı.
Bunun da varıydı özgə ləzzəti.
Sona yetişirdi yazın həsrəti.
Getdikcə ağaclar çiçək acırdı.
Xoruzlar həyətdə gəzib, qaçırdı.
Dəstəynən toyuqlar qaqqılda-
şırdı.
Pişiklər ağaca tez dırmaşırdı.
Elə ki, gün gedib düşürdü toran,
Sükutu pozurdu qurbağa o an.
Günəş öz yerini verirdi aya.
Yuxardan baxırdı o axan caya.
Ulduzlar göylərə səpələnirdi.
Nur olub yerlərə tez ələnirdi.
Uzaqdan gəlirdi itlərin səsi.
Qoynuna alırdı gecə hər kəsi.
Çox gözəl olurdu bu kənd həyatı.
Deyərdi nənələr gözəl bayatı.
*****
Arxın kənarında bir ev varıydı.
Ev özü böyükdü, yolu darıydı.
Bir maşın güc ilə keçirdi yoldan.
Güclə qorunurdu ağacdan,
koldan.
Bir ev də varıydı azca aralı.
Həmişə olardı qonaq, qaralı.
Bacı qardaşıydı ev sahibləri.
Birlikdə verərdi yola illəri.
Bir yerdə olurdu onlar çox zaman.
Su da keçməyirdı aralarından.
Səlminin varıydı iki övladı.
Reyhan qoyulmuşdu qızının adı.
Oğluna vermişdi Sultan adını.
Onlar dadmışdılar övlad dadını.
Səlminin yoldaşı Qurban kişiydi.
Dükanda işləmək onun işiydi.
Zəhmətlə böyütdü onları Qurban.
Üstündə olurdu gözləri hər an.
Onlar nə istəsə hazır olurdu.
Masanın üstünə hər şey dolurdu.
Günlər bir-birini qovub gedirdi.
Həyat öz yoluna davam edirdi.
Uşaqlar yetginlik yaşına çatdı.
Onlar körpəliyin daşını atdı.
Qızlar bulağından su icdi Reyhan.
Sanki dəyişirdi bu qız anbaan.
Səlminin qonsusu öz qardaşıydı.
Qardaşla ən yaxın o, sirdaşıydı.
Rüstəmin var-yoxu bir oğlu vardı.
Reyhandan bir azca böyük olardı.
Bir yerdə böyüdü uşaqlar hər an.
Yeməyi bir qabdan yedilər inan.
*****
Reyhanla dost idi dayoğlu Adil.
Dəyişdi bu dostluq sanki elə bil.
Artıq göstərirdi işini zaman.
Dalınca gəzirdi Adil anbaan.
Gözündən qoymurdu bir an Reyhanı.
Onunla qalırdı elə bil canı.
İstəmirdi bunu bilsin bir adam.
Dəli eyləmişdi bu onu tamam.
Kədərli olurdu Adilin üzü.
Söyləyə bilmirdi Reyhana düzü.
Bilmirdi qızcığaz ona nə deyər.
Qorxurdu bu işi kim isə əyər.
Reyhan hiss edirdi olub- keçəni.
Ürəkdən isdəmir deyirdi məni.
Nə üçün fikrini söyləmir Adil?
Lal olub bu yazıq sanki elə bil.
Həmişə danışıb, gülən bir oğlan.
Adillik qalmayıb, dəyişib bu an.
Görəsən Adili nədir qorxudan?
Tilsimə düşübdür elə bil inan.
Bu işə yanırdı qızın da canı.
Qaralırdı onun hər zaman qanı.
Adilin anası Firəngiz xala,
Reyhanı bilirdi özünə bala.
Çox xoş görünürdü Reyhan gözünə.
Onu gəlin seçdi ana özünə.
Adilin fikrini düşmüşdü başa.
Bilirdi o, çatıb yetginlik yaşa.
Rüstəmə dedi ki,bir gün Firəngiz,
Ay kişi, Adili evləndirək biz.
Bilirəm çox sevir oğlun Reyhanı.
Olduqca bağlıdır bu qıza canı.
Reyhan böyüyübdü öz əlimizdə.
Xeyir-dua verək onlara biz də.
Gəlin tək çox yatır qız ürəyimə.
Yağ kimi yayılır lap kürəyimə.
Adil də bax özgə kimi alacaq?
Ən gözəl namizəd Reyhan olacaq.
Həm oğlum istəyir, həm də ki,
özüm!
Doğrusu ondadır mənim də gözüm.
Mən dedim, ay Rüstəm sözün düzünü.
Qız var ki, az qalır cıra üzünü.
Gərək gəlin gedə bizimlə yola.
Ayrı qız neynirəm, bu ola-ola?
Rüstəmi elə bil fikir götürdü.
Dərindən ah çəkib,o,köks ötürdü.
Lap yaxşı fikirdi dedi, Firəngiz.
Qorxuram axırda çox pis olaq biz.
Qız almaq, qız vermək çətindir,
çətin.
Bu işdə nə qədər olsan da mətin,
Sonunda bizlərə xələl gələcək.
Uşaqlar özünü doğru biləcək.
Pozular aramız mənim bacımla.
Mən gəzə bilmərəm bax bu acımla.
Uşağın üstündə olarıq üz-göz.
Sonra da bu işə indi də gəl döz.
De görüm, başına qızmı qəhətdi?
Qohumdan qız almaq çox pis
cəhətdi.
Axtar tap yadlardan bir gəlin alaq.
Bacımla həmişə mehriban qalaq.
Bir qədər fikirə getdi Firəngiz.
Davalıq nə var ki,neyləyirik biz?
Bir gün gedəcəkdir Reyhan da ərə.
İstəyir nə desin bilmirəm hərə.
Alarıq Adilə onu özümüz.
Bax , nədən kor olub axı gözümüz?
Dava etməmək də əlimizdədir.
Bu qızın qisməti , vallah bizdədir.
Səlminin ağzını arayacam mən.
Hər şeyi kənardan izləyərsən
sən.
Vallah, verəcəklər Reyhanı bizə.
O, gəlin gələcək öz evimizə.
Fikir dəryasına Rüstəm qərq oldu.
Gözləri sevincdən yaşardı,doldu.
Nə deyim, anasan, fikirləş özün.
Əslində pis deyil, doğrudur sözün.
Allahım qoy versin işin xeyrini.
Bəxş etsin bizlərə gəlin seyrini.
*****
Gecədən başladı atışma səsi.
Yatmağa qoymadı kənddə heç
kəsi.
Bütün kənd gecəynən ayağa qalxdı.
Hamı silahını belinə taxdı.
Tovuzun özünə gəlirdi bu səs.
Sərhədə üz tutdu rayonda hər kəs.
Bir maşın karvanı düzəldi yola.
Güllələr yağırdı sağa, gah sola.
Erməni atmaqdan sanki doymurdu.
Heç kimsə gülləyə məhəl qoymurdu.
Birbaşa sərhədə gedirdi hamı.
Saymaq da olmurdu orda adamı.
İllərdi atışma davam edirdi.
Günahsız insanlar ölüb gedirdi.
Sərhədi pozurdu hər an erməni.
Lənətə gəlsin bu mənfur düşməni.
Onlar sinəmizə çəkdilər dağı.
Zəbt edib aldılar bax Qarabağı.
Elimin, obamın dilbər güşəsi!
Qarabağ yandırdı bütün hər kəsi.
Otuz il düşmənin oldu tapdağı.
Səbirlə gözlədik onu almağı.
Onlar taladılar torpağımızı.
Yerlərə atdılar bayrağımızı.
Qızıl yatağını çapıb, taladı.
Cıdırda at sürüb, tonqal qaladı.
Paşinyan Suşada yallı gedirdi.
Kəlbəcər,Laçında keflər edirdi.
İstisu olmuşdu onun oylağı.
Şuşaydı ən gözəl əsas yaylağı.
******
Qalxırdı göylərə atışma səsi.
Qorxuya salırdı eşidən kəsi.
Adili bürüdü tamam qəm, kədər.
Bilirdi yazılıb ona bu qədər.
Söyləyə bilmədi qıza sözünü.
Günahkar bilirdi indi özünü.
Mən nədən qəlbimi açmadım
ona?
Desəydim çatardım mutlu bir sona.
Artıq yeri deyil, vətən dardadır.
Erməni gör gəlib indi hardadır?
Heç kimə demədi bir kəlmə
sözü.
Cəbhəyə yollandı birbaşa özü.
Bombalar yağırdı lap hər tərəfə.
Güllələr dəyirdi tamam hədəfə.
Getdikcə artırdı həm həyacanı.
Sanki odlanırdı həmi də canı.
Əsəbdən yanağı yaman allandı.
Sərhəddə onlara silah paylandı.
Şiddətlə vururdu igid ürəyi.
Qəlbində varıydı arzu, diləyi.
Nifrəti artırdı onun düşmənə.
Xidmət eyləyirdi indi vətənə.
Hərbi formasını geyindi Adil.
Rahatlıq yarandı bir az elə bil.
****
Heç bir şey düşmürdü onun yadına.
Silahlar gəlirdi ancaq dadına.
Sərhəddə çox qızğın döyüş gedirdi.
Erməni hər yandan hücum edirdi.
Göz-gözü görmürdü həmin o zaman.
Leysan tək yağırdı mərmilər inan.
Ağır texnikadan onlar atırdı.
Topların səsindən qulaq batırdı.
Bir nəfər evini tərk etməmişdi.
Kəndindən heç kimsə heç
getməmişdi.
Elə ki, düşürdü axşam qaranlıq,
Əsgərlər baxırdı kəndə bir anlıq.
Sanki bu lampalar lap gur yanırdı.
Əsgərlər özünü xoşbəxt sanırdı.
Çünki bu işıqdan ilham alırdı.
Çilçiraq hər yana işıq salırdı.
Ürəkli olurdu igidlərimiz.
Bilirdi boş deyil bax kəndlərimiz.
Onların dalında xalq dayanırdı.
Əsgərlər xalqına çox inanırdı.
Adilin gözləri nələr görürdü?
Hər gündə nə qədər adam ölürdü.
Mərmilər düşürdü evə-eşiyə.
O zərər verirdı hər bir kişiyə.
Günahsız insanın axırdı qanı.
Məhv olub gedirdi bir anda canı.
Mərmilər düşürdü Dondar Quşçuya.
Hüseyin qalmışdı evdə uyuya.
Heç nədən olmadı onun xəbəri.
Mərmilər bürüdü bütün yerləri.
Bombalar düşmüşdü evin başına.
Qəlpələr sancıldı hər bir daşına.
Hüseyin yatarkən şəhid olmuşdu.
Alovlar hər yandan evə dolmuşdu.
Yoxuydu Adilin gecə-gündüzü.
Bunları gözüylə görürdü düzü.
Çətinlik çəkirdi onlar özləri.
Dəhşətlər görürdü hər an gözləri.
Kimi itirirdi əl-əyağını.
Kimi görməyirdi heç qabağını.
Tikəsi heç ələ gəlməyənlər var.
Adilə gəlirdi onda dünya dar.
Erməni hər yandan atəş açırdı.
Güllələr ulduz tək işıq sacırdı.
Şücaət göstərdi bizim igidlər.
Döyüşə qərq oldu bütün hər yerlər.
Düşmən hər tərəfdən həmlə edirdi.
Qarabağ uğrunda döyüş gedirdi.
*****
Bir qarış torpaqçün tökülürdü qan.
Nə qədər igidlər verirdilər can.
Şəhidin yoxuydu hesabı, sayı.
Düşmənlər alırdı layiqli payı.
Mərmilər yerlərə lap ələnmişdi.
Erməni leşləri səpələnmişdi.
Qorxudan geriyə çəkilirdilər.
Fürsət də düşdükcə əkilirdilər.
Nə qədər texnika qoyub qaçdılar.
Onlar ağ bayrağı yerə sancdılar.
Qaçmışdı hər şeyi dağıdıb düzə.
Hərbi sursatları qalmışdı bizə.
Ordumuz onlardan qisas alırdı.
Düşməni lap pərən-pərən salırdı.
Döyüşün birində tamam qəfildən,
Erməni hücuma keçmişdi birdən.
Bu mənfur düşmənlər pusqu qurmuşdu.
Bizim əsgərləri tamam vurmuşdu.
Adilin yanında bomba partladı.
Səsindən elə bil dünya çatladı.
Hər tərəf dumana,toza büründü.
Yıxılan yıxıldı , yerdə süründü.
Ancaq itirmədi Adil özünü.
Tozdan bərk yummuşdu o an gözünü.
Fırlanırdı dünya sanki başına.
Əlini uzatdı o, yoldaşına.
İstəyirdi tutsun onun qolundan.
Güllələr keçirdi sağ və solundan.
Dostuna çatmadı Adilin əli.
Az qala qorxudan olmuşdu dəli.
Çünki bir nəfər də qalmamışdı
sağ.
Qanları axırdı su tək cağhacağ.
Büdrəyib yıxıldı Adilin özü.
Tozdan görməyirdi heç yanı gözü.
Tələsik özünü aldı o, ələ.
Bildi ki, qurulub onlara tələ.
Əliylə dostunu axtardı yerdə.
Dönüb hər tərəfi yoxladı bir də.
Tez-tez danlayırdı sanki özünü.
Artıq o, açmışdı indi gözünü.
Gözləri sataşdı dostuna birdən.
Elə bil cərəyan vurdu qəfildən.
Çoxdan tapşırmışdı dostu canını.
Adil itirmədi bircə anını.
Yerindən sıçrayıb ayağa durdu.
Tələsik əlini dostuna vurdu.
Oğlanı qaldırıb dalına aldı.
Özü də bu işə lap mətəl qaldı.
Elə bil Allahdan güc gəldi ona.
Dostumla gedəcəm, söylədi sona.
Qoymaram düşmənə qalsın cəsədi.
Artıq kəsilibdi onun əhədi.
Tüfəngi sıxmışdı öz sinəsinə.
Fikir verməyirdi güllə səsinə.
Neytral zonaya o, üz tutmuşdu.
Elə bil bu igid bir qızıl quşdu.
Birdən topuğunda ağrı hiss etdi.
Yenə də neytral zonaya getdi.
Güllələr başından yerə yağırdı.
Onsuz da Adilin yükü ağırdı.
Artıq ayağında artırdı ağrı.
Vaxtı olmadı ki, vura bir sarğı.
Nəhayət çatdılar mənzil başına.
O, sadiq qalmışdı öz yoldaşına.
Dediyi sözünə əməl etmişdi.
Dostuyla birlikdə sona getmişdi.
Əsgərlər yığıldı onun başına.
Hamı əl uzatdı tez yoldaşına.
Çiynindən aldılar tezcə oğlanı.
Boşa vermədilər heç bircə anı.
Heç nəyin yoxuydu ona əlacı.
Gördülər Adili öldürür acı.
Su kimi axırdı yerlərə qanı.
Ağrıdan yanırdı igidin canı.
Adil ayağından yaralanmışdı.
Güllələr cərgəylə sıralanmışdı.
İgidin nə qədər axsa da qanı,
Ağrıdan alışıb yansa da canı,
Yorulub kəsildi bütün əhədi.
Düşmənə vermədi Adil cəsədi.
İgidə əsgərlər heyran qaldılar.
Neytral zonadan onu aldılar.
****
Döyüşlər hər gündə davam edirdi.
Ordumuz anbaan önə gedirdi.
Getdikcə artırdı ölənin sayı.
Erməni alırdı lazımı payı.
Günlərin birində döyüş zamanı.
Düşmənin kəsildi yenə amanı.
Erməni hər şeyi qoyub qaçırdı.
Güllələr ulduz tək işıq saçırdı.
Qarışmışdı orda tozlar dumana.
Rast gəlmək olmurdu bircə insana.
Əsgərlər gəzirdi evi-eşiyi.
Yoxlayırdı bütün dəlmə- deşiyi.
Hər şeyə nəzarət edirdi Adil.
Nəsə ürəyinə damdı elə bil.
Arada gəlirdi qulağına səs.
Artıq eşidirdi bunu da hər kəs.
Adilin dəstəsi saxladı ayaq.
Dinşədi səs gələn yerləri bayaq.
Yaxında bir evdən gəlirdi bu səs.
Əsgərlər mat qaldı, çəkmədi nəfəs.
O evin yanında gəlib durdular.
Qapıya zərbəylə təpik vurdular.
Taybatay acıldı qapı bu zaman.
Əsgərlər quruyub qaldılar inan.
Bu evdə bir körpə təkcə qalmışdı.
Ağlayıb hər yana səs -küy salmışdı.
Erməni uşağı qoyub getmişdi.
Bəs nədən bu işi belə etmişdi?
Heç kimsə bilmirdi burda olanı.
Unuda bilməzdi görən bu anı.
Kim bilir nə vaxtdan o, ağlayırdı.
Gözündən sel kimi yaş çağlayırdı.
Uşağa dikildi hamının gözü.
Maraqla baxırdı Adilin özü.
Uşağı götürdü tez qucağına.
Baxdılar bu evin künc- bucağına.
Heç kimsə yoxuydu bu evdə o an.
Mat qaldı buna da əsgərlər inan.
Körpənin üzünə baxırdı Adil.
Sanki sevinirdi körpə elə bil.
Gözünü dikmişdi onun gözünə.
Yemək istəyirdi sanki özünə.
Artıq söz yoxuydu indi deməyə.
Heç nə qalmamışdı evdə yeməyə.
Əsgərlər axtardı,hər yeri birdən,
Bir quru peçenye tapdılar evdən.
Peçenyeni suda tez islatdılar.
Uşağın ağzına ondan atdılar.
Yeməyi tələsik uşaq sorurdu.
Körpənin ürəyi tez-tez vururdu.
Uşağa lazımı yardım etdilər.
Onu da götürüb ordan getdilər.
Körpəni bağrına basmışdı Adil.
Sanki doğmasıdır onun elə bil.
Dilləndi əsgərin biri qəfildən,
Erməni uşağı neynəyirəm mən?
Bizim uşaqları şişə taxırlar.
Kənardan ləzzətlə ona baxırlar.
Divan tuturdular qıza, gəlinə.
Qandal taxırdılar tezcə əlinə.
Hamilə qadına dağ basırdılar.
Onları ağacdan gah asırdılar.
Düşmən hamilənin qarnını yardı.
Uşağı öldürüb ordan qopardı.
Bıçaqla qarnını bir az oydular.
Körpənin yerinə küçük qoydular.
Qarnını tikdilər onun yenidən.
Gəlin dünyasını dəyişdi birdən.
Bu zülmə dözmədi onun kürəyi.
Param-parça oldu orda ürəyi.
Bəs nədən onları əzizləyirik?
De görüm ,axı biz nə gözləyirik?
Onlardan alaq də qisasımızı.
Onlar sağ qoymazlar heç hansımızı.
Komandir, yerə qoy uşağı sən də.
İşinə baxaram bu saat mən də.
Adil addımladı yolu düzünə.
Əsəblə əsgərin baxdı üzünə.
De görüm, nə hesab eylədin məni?
Burda heç bir kimsə deyil erməni.
Vəhşi tək tanıyır onları cahan.
Bizə də deyirlər can Azərbaycan!
Bizdə düzgünlük var, həm də ədalət.
Düşməndə mövcuddur hər cür
rəzalət.
Onların getdiyi yol ilə getsək,
Düşmənin gördüyü işlərdən etsək,
O zaman olarıq biz də erməni.
Onlara tay etmə indi də məni…
*****
Ordumuz gedirdi hər an irəli.
Azad eyləyirdi bütün yerləri.
Əsgərlər evləri bir-bir gəzirdi.
Düşmənin başını hər an əzirdi.
Evlərin birində bir qadın vardı.
Qadının yaşı da xeyli olardı.
Elə ki, o, gördü bu əsgərləri,
Əliylə göstərdi bütün yerləri.
Söylədi: xoş gəldiz öz evinizə.
Qurbandır bu yerlər hamısı sizə.
Diqqətlə dinlədi qadını Adil.
Adını soruşdu, dedi: eşit ,bil.
Yalandan etimad göstərmə bizə.
Onsuz da gəlmişik öz evimizə.
Tək-tənha sən burda niyə qalmısan?
Bizim bu yerlərdə lövbər salmısan.
Bəs niyə buranı tərk etməmisən?
Məqsədin nədir ki, sən getməmisən?
Qadın qorxusundan tir-tir əsirdi.
Sanki şaxta, ayaz onu kəsirdi.
Çiyninə salmışdı nazik bir yorğan.
Elə bil təlaşdan öləcək bu an.
Satıcı işlədim mən bu dükanda.
Atışma getdiyi həmin o anda,
Bir mərmi düşmüşdü düz yanımıza.
Bələndik hamımız öz qanımıza.
O zaman qəlpədən yara almışam.
Huşumu itirib yerdə qalmışam.
Nə vaxtsa ayıldım,gəldim özümə.
Fırlandı bu dünya onda gözümə.
Gördüm ki, hər tərəf tamam dağılıb.
Nəfəsim daralıb,rəngim boğulub.
Heç kimsə qalmayıb mənim yanımda.
Dəhşətli qorxu var yaman canımda.
Gizləndim , heç yana çıxa bilmədim.
Yaxşı ki,qorxudan onda ölmədim.
Bizə dedilər ki,siz qəddarsınız.
Nə qədər burada sizlər varsınız,
Bizləri məhv edib, qıracaqsınız.
Hər yeri yandırıb alacaqsınız.
Bu qadın ötürdü elə bil dil-dil.
Ehmalca başını buladı Adil.
Erməni qadını ordan aldılar.
Gətirib Bakıya yola saldılar.
Abramyan soyadı daşıyan qadın.
Olduğu yerlərin söylədi adın.
Uşaqlıq illəri Bakıda kecib.
Yeməklər içində qutabı seçib.
Dadıbdı Azəri paxlavasından.
Həzz alıb Bakının xoş havasından.
Bakıda hörmətlə saxlandı qadın.
Yenə də çıxartdı Bakının dadın.
Sən bir bax erməni qadında üzə.
Sonradan sirləri töküldü düzə.
Bu qadın orduda xidmət edirmiş.
Cıdırda qol-boyun yallı gedirmiş.
Çiynində avtomat o, döyüşübdü.
Nədənsə dəstədən ayrı düşübdü….
*****
Elə ki, bunları eşitdi Adil,
Dəhşətə gəlmişdi sanki elə bil.
O,donub yerində qalmışdı inan.
Yalanlar söyləmiş ona Abramyan.
Düşünürdü Adil özü-özünə.
Nələr görünürdü orda gözünə.
Şiddətli döyüşlər davam edirdi.
Ordumuz günbəgün önə gedirdi.
Cəbhədən cürbəcür xəbər gəlirdi.
Ölüm xəbərləri ürək dəlirdi.
Ölüb itənlərin çoxuydu sayı.
Erməni alırdı lazımı payı.
Bizim əsgərlərə tab gətirmirdi.
Layiqlə yerinə iş yetirmirdi.
Hərbi sursatları qoyub qaçırdı.
Bizdə bu mənzərə ürək açırdı.
Bir dəfə şiddətli döyüş gedirdi.
Ordumuz hər yandan hücum edirdi.
Qorxuya düşmüşdü mənfur erməni.
Əsgərlər məhv etdi orda düşməni.
Onları it kimi ordan qovdular.
Hamsının burnunu sanki ovdular.
İgidlər düşməni dövrəyə aldı.
Hərbi texnikalar bizlərə qaldı.
Əsgərlər qapını açdığı zaman.
Gördüyü səhnəyə mat qaldı inan.
Sükanın dalında əsgər durmuşdu.
Özləri zəncirə onu vurmuşdu.
Zəncirlə bağlıydı əsgər sükana.
İmkanı yoxuydu qaça bir yana.
Bunları görənlər mat qaldı özü.
Deməyə qalmadı bir kəlmə sözü.
Onlar boşaldırdı kəndi, şəhəri.
Müjdəylə açırdı hamı səhərı.
Bir-bir torpaqları geri aldılar.
Düşməni lap pərən-pərən saldılar.
Bıçaq dirənmişdi boğaza indi.
Xalqımız olduqca hədsiz sevindi.
On gün vaxt istədi erməni bizdən.
Söylədi: çıxarıq biz evimizdən.
Hər gündə Laçından köç edirdilər.
Bir yolluq rədd olub lap gedirdilər.
On gündə sökdülər divarı,daşı.
Minalar basdırdı hər addımbaşı.
Bütün ağacları onlar kəsdilər.
Hər şeyin üstündə yel tək əsdilər.
Maşına doldurdu ördəyi, qazı.
Dibindən sökdülər həm unitazı.
Vəhşi tək girdilər qəbirsanlığa.
Gor eşən oldular bax bir anlığa.
Hərə öz qəbrinin yanına qaçdı.
Gecəynən məzarın üstünü acdı.
Onlar sür-sümüyü toplayıb aldı.
Erməni məzarı meyidsiz qaldı.
Hər şeyi yükləyib onlar maşına.
Yanacaq tökürdü evin daşına.
Hamısı kədərlə bir az dururdu.
Sonunda evlərə odu vururdu.
Qayıdaq otuz il bundan qabağa.
Erməni dolmuşdu bizim torpağa.
Düşmənlər buladı əlini qana.
Nə qədər qıydılar qiymətli cana.
Onlar divan tutdu qıza, qadına.
Qatil damğasını vurdu adına.
On saat vaxt verdi bizə o zaman.
Boşaldın şəhəri dedilər aman.
O qarlı, şaxtalı havada o an,
Paltar geyinməyə olmadı inkan.
Canını götürüb çıxmışdı hamı.
İtirdik nə qədər onda adamı.
Erməni hər yeri tutub almışdı.
Uşaqlar,körpələr yetim qalmışdı.
Onlar zəbt etmişdi bizim torpağı.
Viranə qoymuşdu bağçanı,bağı.
Otuz il keçmişdi indi aradan.
Qərtməklər qopmuşdu tamam yaradan.
Sağalmaq bilmədi heç zaman yara.
Vətənim düşmüşdü o vaxtdan dara.
Hazırın naziri olan erməni!
Tərk elə deyirdik bizim vətəni.
*****
Ordumuz hər yeri azad edirdi.
İnamla irəli onlar gedirdi.
Qələbə sədası gəlirdi hər an.
Sevincdən evlərdə durmurdu
insan.
Hamının sevinci aşıb-daşırdı.
Küçələr insanla dolub-aşırdı.
Sırayla gedirdi maşın karvanı.
Xəbərlər gəzirdi bütün cahanı.
Hər yandan bayraqlar dalğalanırdı.
İnsanlar özünü xoşbəxt sanırdı.
Evlərdən gəlirdi fişəngin səsi.
Meydanda görərdin bütün hər kəsi.
Bütün şəhər sanki lap çağlayırdı.
Sevincdən insanlar gah ağlayırdı.
Bir damcı yatmırdı Bakı şəhəri.
Beləcə açırdı hamı səhəri.
Xoş xəbər gəlirdi xəbər dalınca.
Ordumuz yeni kənd,şəhər alınca,
Bayram calanırdı bayrama inan.
Canlı yaşayırdıq sevinci hər an.
Şuşa şəhərinə girdilər gecə.
Döyüşlər gedirdi orda gör necə?
Əsgərlər gəldilər düz üzbəüzə.
Gəlirdi hamısı tamam göz-gözə.
Onlar vuruşurdu tam əlbəyaxa.
Düşmən çəkilirdi lap baxa-baxa.
Şuşanın uğrunda döyüş gedirdi.
Ordumuz hər yandan hücüm edirdi.
Şuşasız qalmışdıq biz düz otuz il.
Burda döyüşürdü indi də Adil.
Yarası hələ heç sağalmamışdı.
Həkimdən izin də o, almamışdı.
Adil gözləmədi qurtara yara.
Deyirdi:düşübdü vətənim dara.
Mənə nə yaraşır yıxılıb yatam?
lazımdır düşməni mən qırıb qatam.
Otuz il yedilər sərvətimizi.
Qarabağa həsrət qoydular bizi.
Artıq gəlib indi qovmaq zamanı.
Düşmənin qalmayıb daha amanı.
Heç kimin yoxuydu gecə-gündüzü.
Torpaq qayıtdıqca gülürdü üzü.
Şuşanı aldılar bircə gecədə.
Hamı sevinirdi ,Allah necə də!
Erməni hər şeyi qoyub qaçmışdı.
Hər kəsin üzündə çiçək açmışdı.
Şuşanı igidlər artıq almışdı.
Bütün ev-eşiklər tam boş qalmışdı.
Yoxuydu evlərdə bircə erməni.
Ora valeh etdi onu görəni.
Azərbaycan üzük,Şuşa qaşıdı.
Bütün şəhərlərin Şuşa başıdı.
Açmışdı bizlərə o qucağını.
Əsgərlər gəzirdi künc,bucağını.
İgidlər hərləndi Cıdır düzünü.
Gördülər düşmənin bütün üzünü.
İsa bulağında sudan içdilər.
Şərəfli bir ömür yolu keçdilər.
*****
Firəngiz olmuşdu yaralı çiban.
Xəbər gözləyirdi Adildə hər an.
Nigaran qalırdı oğlundan ana.
Oğlu bir yanaydı,dünya bir yana.
Təsəlli verirdi özü-özünə.
Adil görünürdü hər an gözünə.
Üzülüb yanında qalırdı canı.
Ananın keçmirdi heç həyacanı.
Adildən yoxuydu bir xəbər-ətər.
Firəngiz olmuşdu ölüdən betər.
Gözləri qalmışdı heyy telefonda.
Narahat bir hislər varıydı onda.
Elə heyy yalvardı ana Allaha.
Dözümüm qalmayıb deyirdi daha.
Allahım rəhm etsin bu Firəngizə.
Bir xəbər göndərsin komandir bizə.
Qorxuya düşmüşdü atası Rüstəm.
Adildən bir xəbər gəlmişdi bu dəm.
Dedilər : sağ olsun sizin başınız.
Şəhid olub bizim bu qardaşımız.
Vətənin yolunda gedibdi qurban.
Tabutu gələcək onun bir azdan.
Rüstəmin qulağı sanki kar oldu.
Bütün ümüdləri bir anda soldu.
Yapışıb yerinə ordaca qaldı.
Dünyada ən pis bir xəbəri aldı.
Sifəti ağappaq bir rəng almışdı.
Özünü evinə ölü salmışdı.
Əsirdi kişinin dili, dodağı.
Sanki görməyirdi indi otağı.
Kişini görəndə ana mat qaldı.
Bildi ki, bu kişi bir xəbər aldı.
Topladı ana da indi özünü.
Nəhayət kişiyə dedi sözünü.
Ay kişi, de görüm, nə oldu sənə?
İndi bir düzünü sən söylə mənə.
Rüstəm yazıq-yazıq ona baxırdı.
Gözündən kişinin leysan axırdı.
Ananı elə bil İldırım vurdu.
Gözünün önündə Adili durdu.
Əl atdı saçına qadın bir başa.
Özünü vururdu divara, daşa.
Səs-küyü götürdü bütün hər yanı.
Od tutub yanırdı ananın canı.
Bu səsə gəlirdi eşidən-bilən.
Hamı anlayırdı , var burda ölən.
Rüstəmin evinə şəhid gəlirdi.
Bu xəbər ox olub,ürək dəlirdi.
Eşidib bilənlər qan ağlayırdı.
Gözlərdən sel kimi yaş çağlayırdı.
Ev-eşik tutmurdu gələn adamı.
Kədərə qərq oldu orada hamı.
Səlmi üz-gözündə tutar qoymadı.
Ah-nalə çəkməkdən sanki doymadı.
Parçalandı onun ürəyi hər an.
Ayağa qalxmışdı bu Azərbaycan.
Reyhanın gözündən yaş süzülürdü.
Muncuq tək yanağa tez düzülürdü.
Səs-küy bürümüşdü bütün cahanı.
Yoxuydu,ölmüşdü Reyhanın canı.
Küçədə göründü maşın karvanı.
Adamlar tutmuşdu bütün hər yanı.
Getdikcə artırdı siqnalın səsi.
Ağladırdı bu hal bütün hər kəsi.
Maşınlar həyətə daxil oldular.
Qohum-əqrabalar ora doldular.
Maşından tabutu əsgərlər aldı.
Həyətə ağlaşma,bir şüvən saldı.
Toplaşdı tabutun hamı başına.
Yanaqlar büründü lap göz yaşına.
Tabutu bağrına basmışdı ana.
Ağlayırdı yazıq lap yana-yana.
Bir hərbi qulluqçu başladı sözə,
Rüstəmlə bu anda gəldi göz-gözə.
Söylədi:sağ olsun xalqımın başı.
İtirdik Adil tək igid qardaşı.
Erməni töksə də onun qanını.
Vətənin yolunda qoydu canını.
Xoş sözlər dedilər ona nə qədər.
Hamını bürüdü dərin bir kədər.
Nəhayət gəlmişdi vida zamanı.
Ovuda bilmirdi heç kim ananı.
Oğlumu vermərəm dedi Firəngiz.
Adilsiz yaşaya bilmərik ki,biz.
Deyirəm sizlərə sözün düzünü.
Mən görəm balamın gərək üzünü.
Sizlərdən ən böyük budur diləyim.
Yoxsa ki, partlayar mənim ürəyim.
Bu saat siz açın indi tabutu.
Göstərin oğlumu, görüm sübutu.
Ortalıq qarışdı elə bu zaman.
Dedilər icazə vermirlər inan.
Güç ilə tabutu ordan aldılar.
Onu məzarlığa yola saldılar.
İzdiham üz tutdu qəbirsanlığa.
Yox olub getdilər bircə anlığa…
*****
Ananın getmirdi yuxu gözünə.
Ürəyi baxmırdı yenə sözünə.
Bir gün o,Rüstəmin gəldi yanına.
And verdi Adilin əziz canına.
Söylədi Rüstəmə yalvarıram mən.
İndi də gəl yardım eylə mənə sən.
Bu gecə açdıraq biz o qəbiri.
Qalmayıb ananın daha səbiri.
Görməsəm Adilin əgər üzünü,
Sən niyə öldürdün demə özünü?
Qalmayıb bir damcı daha illacım.
Məni məhv edəcək onsuz da acım.
Dərddən bükülmüşdü Rüstəmin beli.
Titrəyirdi onun ayağı, əli.
Nə qədər bu kişi xəyala daldı.
Sonunda bax belə bir qərar aldı.
Firəngiz, bu fikir batdı başıma.
Qıymıram gözündən gələn yaşına.
Bu gecə qəbiri açacam özüm.
Doğurdan oğlumu qoy görsün gözüm.
Bürüyüb bizləri artıq qəm, kədər.
Neynəyək, yazılıb bizə bu qədər.
Ürəyim gəlməyir çıxam sözündən.
Ağlamaqdan oldun sən də gözündən.
Səbirlə gözlədi onlar axşamı.
Artıq evlərinə çəkildi hamı.
Ətrafa boylandı tam bir anlığa,
Üz tutdu hamısı qəbirsanlığa.
Gəlmişdi köməyə qohum, qar-
daşlar.
Gözdən tökülürdü sel kimi yaşlar.
Nəhayət o gecə açdılar qəbri.
Artıq tükənmişdi hamının səbri.
Ananın yanırdı sanki kürəyi.
Quş kimi əsirdi zəif ürəyi.
Kəfəni cıranda mat qaldı hamı.
Şok etdi mənzərə bütün adamı.
Kəfəndə varıydı ikicə ayaq.
Qorxuyla baxırdı Firəngiz bayaq.
Hər iki ayaq da sağ ayaqıydı.
Ananın yeri lap düz qabağıydı.
Qışqırdı, ayaqlar oğlumun deyil.
Hiss etdim Adilim sağdı elə bil.
Ananın ürəyi getdi bu zaman.
Yer də ağlayırdı, göy də bax inan.
Rüstəm tez-tələsik ayağa durdu.
Ananın üzünə bir az su vurdu.
Elə ki, su dəydi onun üzünə.
Yavaş-yavaş gəldi ana özünə.
Hönkürə-hönkürə o, ağlayırdı.
Sel kimi gözündən yaş çağlayırdı.
Ana üz-gözündə qoymadı tutar.
Allahım, sən bizi bəladan qurtar.
Düşmənın qurusun görüm tamahı.
Gör nədir bunların axı günahı?
Ay Allah, yox olsun görüm düşməni.
Gör necə yandırdı, yandırdı məni.
Nə olsun ordakı Adilim deyil?
Onlar da balamdır sanki elə bil.
Hamısı mənimdir, mənim balamdır!
Onların yarası mənim yaramdır.
İki sağ ayaqdı, bax bir qəbirdə.
Tikələnib onlar, ay Allah bir də.
Bilinmir kimdir ki, ata, anası?
Xəbəri yoxdur ki, ölüb balası.
Lənətə gəlsin bu yağı düşməni.
Qan ilə bələdi bizim vətəni.
Erməni dağıtdı sərvətimizi.
Həmişə günahkar bildilər bizi.
Hardadır görəsən mənim Adilim?
Allahım, yanıbdı ağzımda dilim.
Bəlkə Adilim də tikələnibdi.
Tikəsi düzlərə səpələnibdi.
Bir qorxu düşübdü mənim canıma.
Zəhər yayılıbdı sanki qanıma.
Allahım, sən qoru bu əsgərləri.
Düşməndən azad et bizim yerləri.
Adilə qıyma gəl, gözəl yaradan.
Bizləri sən qoru belə bəladan.
Oğlumu bəxş elə ,Allah özümə.
Nur eylə balamı mənim gözümə.
Gözümün həm ağı, həm qarasıdır.
Adil ürəyimin tən ortasıdır.
Balamsız dar gələr bu həyat mənə.
Yalvarıb deyirəm, Allahım sənə,
Göstərmə, yazığam bala dağını.
İçirtmə gəl mənə sən bu ağını.
*****
Xəbərlər yayıldı bütün hər yana.
Adildən bir xəbər gəzirdi ana.
Bu işə mat qaldı eşidən, bilən.
Yoxuydu Adili heç gördüm deyən.
Dəstəynən adamlar gəlib-gedirdi.
Hər zaman Adilə dua edirdi.
Yumruq tək birləşib xalq bir olmuşdu.
Bütün insanların səbri dolmuşdu.
Ordunun dalında xalq dayan-
mışdı.
Qələbə çalmağa çox inanmışdı.
Hər bir kəs orduya yardım edirdi.
Yeməklə, içməklə ora gedirdi.
Beçələr bişirdi, dəmlənirdi aş.
Qazanlar cəbhəyə gedirdi bir baş.
Nənələr təndirə çörək yapırdı.
Lazımlı hər şeyi yığıb, tapırdı.
Onlara siqaret, corab alırdı.
Cəbhəyə gedənlə yola salırdı.
Qadınlar bir yerə yığılırdılar.
Onlara yorğanlar sırıyırdılar.
Gecələr hər tərəf olurdu şaxta.
Əsgər döyüşürdü belə bir vaxtda.
Elə ki, örtürdü onlar yorğanı.
Rahatlıq tapırdı hamının canı.
Yardımlar hər gündə davam edirdi.
Cəbhəyə yardıma hamı gedirdi.
*****
Hər gündə alırdıq şəhid xəbəri.
Matəm bürümüşdü bütün evləri.
Bir də görürdün ki, tamam qəfildən,
İki şəhid gəlirdi bir evə birdən.
Şəhidi dəfn edib qayıdan zaman,
İkinci şəhid də gəlirdi inan.
Bir evin var-yoxu iki övladı,
Bir gündə alırdı şəhidlik adı.
Onları nə günlə böyüdən ana,
Ömürlük qalırdı lap yana-yana.
Çox zaman dözmürdü ana ürəyi.
Yanıb kül olurdu onun kürəyi.
Kəsmirdi onların gözünün yaşı.
Qar kimi olurdu ağappaq başı.
Körpələr bilmirdi olub-keçəni.
Atama aparın deyirdi məni.
Onların heç nədən yoxdu xəbəri.
Atanı gəzirdi hər an gözləri.
Dul qaldı on günün gözəl gəlini.
Sevdiyi adamdan üzdü əlini.
Çoxusu tabutu çiyninə aldı.
Onu son mənzilə o, yola saldı.
Üzüyü xonçada qalanlar vardı.
Onları gözləyən nakam bir yardı.
Çatmadı heç biri öz muradına.
Şəhidlik yazıldı onun adına.
Hamilə qadınlar yol gözləyirdi.
Hər biri yarını çox özləyirdi.
Qırx dörd gün səs saldı bütün
cahana.
Oğulsuz qalmışdı nə qədər ana.
Qələbə sədası gəlirdi hər an.
Toy-bayram olurdu həmin o zaman.

Hər yanda şiddətli döyüş gedirdi.
Ordumuz düşmənə hücum edirdi.
İrəli gedirdi əsgərlər hər an.
Geri cəkilirdi düşmən anbaan.
Erməni hər şeyi qoyub qaçırdı.
Əsgərlər qapını özü açırdı.
Yeməyə nə desən evlərdə vardı.
Hər tərəf ağappaq şaxtalı qardı.
Yatmağa varıydı döşək və yorğan.
Heç yerə sığmırdı sevinclər o an.
İsti otaqlarda onlar yatırdı.
Yuxusuz olmağın daşın atırdı.
Özləri təndirə çörək yapırdı.
Yeməyə ləzzətli ərzaq tapırdı.
Hər yandan gəlirdi kabab qoxysu.
Biş-düşü bilirdi onun çoxusu.
Samavar qaynayır, çay dəmlənirdi.
İgidlər olduqca çox şənlənirdi.
Əsgərlər oxuyur, gah da çalırdı.
Bu işdən hamısı ləzzət alırdı.
Kimisi qol-qola yallı gedirdi.
Kimi Paşinyana rişxənd edirdi.
*****
Aradan keçmişdi xeyli bir zaman.
Xəbər gözləyirdi Firəngiz hər an.
Ananın qalmışdı qulağı səsdə.
Bir ümüd yoxuydu ancaq heç kəsdə.
Hər kimsə ananı gördüyü andan,
Ümüd verirdilər ona yalandan.
Adildən əlini hamı üzmüşdü.
Qurbanlıq qoyunu ana düzmüşdü.
Gözləri qalmışdı ananın yolda.
Əgər quş tərpənsə bir dənə kolda,
Məhəl qoymayırdı o, bir kişiyə.
Özünü atırdı tezcə eşiyə.
Deyirdi bilirəm, ölməyib Adil.
Sanki gələcəkdi bu an elə bil.
Qurumaq bilmədi Rüstəmin yaşı.
Düz bircə gecədə ağardı başı.
Hər gündə nə qədər şəhid gəlirdi.
Xəbərlər ox olub ürək dəlirdi.
Ağlaşma səsləri göyə qalxırdı.
Gözlərdən sel kimi yaşlar axırdı.
Bir yandan torpaqlar azad olurdu.
Qələbə sevinci qəlbə dolurdu.
İti qovan kimi düşmən qovuldu.
Kor olmuş gözləri tamam ovuldu.
Ovdular düşmənin kor gözlərini.
Qonşuya soxmasın heç özlərini.
Ordumuz dünyaya gözəl səs saldı.
Düşməndən torpağı geriyə aldı.
İgidlər qanıyla tarix yazdılar.
Düşmənə ömürlük qəbir qazdılar.
Qırx dörd gün bəs etdi qovmağa
onu.
Artıq döyüşlərin gəlmişdi sonu.
O gecə yummadı kimsə gözünü.
Çox xoşbəxt bilirdi hamı özünü.
Qələbə bizimdir, bizim də oldu!
O gecə meydanlar adamla doldu.
Yoxuydu sevincin həddi-hüdudu.
Tarixə yazılan qələbə budu!
*****
Ordunun önündə xalq dayan-
mışdı.
Ölkə başçısına çox inanmışdı.
Prezident xalqının önündə durdu.
Tatixə özünün möhrünü vurdu.
İti qovan kimi düşməni qovdu.
Onları ovcunda un kimi ovdu.
Xaricdən hər cürə silah almışdı.
Düşmənin kürkünə birə salmışdı.
Bütün torpaqları geriyə aldı.
Bununla özünü tarixə saldı.
İlhamdan alırdı xalqı ilhamı.
Ona güvənirdi milləti, hamı.
Düşməni susdurdu cəsarətiylə.
Aldı torpaqları fəsarətiylə.
Ordumuz alanda kəndi,şəhəri.
Xalqıyla açırdı birgə səhəri.
Döyüşlər başlayan həmin o andan,
Müjdələr verirdi xalqa ekrandan.
Ekranın önünə gəlirdi hamı.
Onlar gözləyirdi cənab İlhamı.
Prezident ekranda görünən andan,
Ayrıla bilmirdi kimsə ekrandan.
Sanki almayirdı bir adam nəfəs.
Uşaqdan böyüyə dinlərdi hər kəs.
Prezident hamıya qonaq olurdu.
Sevinci ekrandan evə dolurdu.
Xalqıyla ağlayıb, xalqla gülürdü.
Kədəri, sevinci birgə bölürdü.
Yoxuydu heç onun gecə, gün –
düzü.
Yuxu da görmürdü bəlkə də gözü.
Verdiyi sözlərə əməl etmişdi.
Hər zaman ağlıyla önə getmişdi.
Var onun çox gözəl,düz siyasəti.
Fikrindən dönməyir heç zaman qəti.
*****
Xoş xəbər yayıldı bütün cahana.
Qırx dörd gün bəs etdi Azərbaycana.
Erməni bizlərdən dərsini aldı.
Qələbə gününü tarixə saldı.
Bu günü yaşadıq biz canlı-canlı.
Dəfn etdik şəhidi şöhrətli, şanlı.
Bu hissi biləcək ancaq yaşayan.
Xoşbəxtdir qəlbində bunu daşıyan.
Paşinyan girmişdi sanki deşiyə.
Çıxmırdı utancdan bir an eşiyə.
Ayağa qalxmışdı bütün Yerevan.
Dedilər istefa versin Paşinyan.
Dünyamız dönmüşdü sanki dənizə.
Həsəd aparırdı insanlar bizə.
Dəniz tək bu dünya çalxalanırdı.
Erməni ruslara arxalanırdı.
Ruslar bu işlərdən çəkdi əlini.
Mənfur erməninin qırdı belini.
Erməni qalmışdı arxasız,düzdə.
Yoxuydu bir qram ar-ayıb üzdə.
Hər yana səs salıb bağırırdılar.
Dünyanı köməyə çağırırdılar.
Hamıya üz tutub dedi yalandan.
Qarabağ bizimdi dədə-babadan.
Yalan ayaq tutar, ancaq yeriməz.
Düşmənin dilini heç kimsə bilməz.
Çoxuydu yaralı əsgərlərimiz.
Onlarla hər zaman fəxr edirik biz.
*****
Firəngiz dönmüşdü sanki yumağa.
Başlayırdı hər an o, ağlamağa.
Hər yerdən kəsildi onun əlacı.
Onu öldürürdü aldığı acı.
Hər an o, oğlunu mütləq anırdı.
Odların içində sanki yanırdı.
Hərbi komisarlıq oldu su yolu.
Rüstəmin yanına düşdü əl-qolu.
Sinəsi dərdlərə olmuşdu sipər.
Oğlundan yoxuydu cünki bir
xəbər.
Firəngiz bələndi qəmə, kədərə.
Cəhdləri çıxırdı gündə hədərə.
Bir axşam oturdu yenə divanda.
Xəbərlər gedirdi o an ekranda.
Dərin xəyallara dalmışdı ana.
Ağlayırdı yenə lap yana -yana.
Ekranda gözünə göründü Adil.
Şoka düşdü ana birdən elə bil.
Ekrana zillənib qalmışdı gözü.
O anda qışqırıb, ağladı özü.
Hamı tez yığıldı ekran başına.
Tələsik o, dedi öz yoldaşına.
Bacara bilmirəm özüm-özümlə.
Adili mən gödüm indi gözümlə.
Ay Allah, ağzımda yanacaq dilim.
Heç kimi tanımır dedi Adilim.
İtiribdi balam hafizəsini.
Çıxartmır bir damcı deyir səsini.
Şükürlər olsun qoy, Allahım sənə.
Oğlumu qaytardın yenə də mənə.
Eybi yox , balama baxaram özüm.
Anayam ,var məndə hər dərdə
dözüm.
Aləm qarışmışdı biri-birinə.
Bir sevinc gəlmişdi indi evinə.
Ana gah gülürdü, gah ağlayırdı.
Sanki ürəyinə daş bağlayırdı.
Rüstəmi elə bil şaxta vurmuşdu.
Olduğu yerdəcə donub durmuşdu.
Key kimi baxırdı ordan hər yana.
Onu silkələdi qəfildən ana.
Ay Rüstəm, indi gəl bir az özünə.
Qulaq as bu saat mənim sözümə.
Key kimi dayanıb gəl baxma mənə.
Maşını işə sal deyirəm sənə.
Sən çatdır bu saat Adilə məni.
Topal olsun görüm, Allah erməni.
Elə bil yatmışdı, ayıldı kişi.
İndi dərk edirdi sanki bu işi.
Firəngiz, düzünü deyəcəm sənə.
İnana bilmirəm olub keçənə.
Bəlkə səhv görübdü ,ay arvad
gözün.
Bir yaxşı fikirləş əvvəlcə özün.
Deyirəm, bilməzsən pozular başın.
Aləmə dağılıb tökülən yaşın.
Bəlkə sən yalandan xəyal edirsən?
Dəqiq şey yoxdu ki, hara ge-
dirsən?
Səs-küyə tökülüb gəlirdi hamı.
Saymaq olmayırdı evdə adamı.
İnsanlar üz tutdu xəstəxanaya.
Heç çata bilmirdi heç kəs anaya.
Ana başlamışdı sanki qaçmağa.
Qanadı yoxuydu onun uçmağa.
Günlərdir komada qalıbmış Adil.
Danışa bilmirmiş,sanki yoxdu dil.
Oğlunu görməyə o, tələsirdi.
Nanə tək ürəyi tez-tez əsirdi.
Ananı saxlaya bilmirdi heç kəs.
Çatmırdı elə bil anada nəfəs.
Elə ki, o, çatdı həmin otağa.
Bir anda özünü atdı yatağa.
Eləcə Adilin köksü atırdı.
Dünyadan xəbərsiz Adil yatırdı.
Oğlunu bağrına basmışdı ana.
Ağlayırdı indi o, yana-yana.
Oğlunun əlindən tutmuşdu
Rüstəm.
Möcüzə baş verdi elə bil bu dəm.
Qəfildən bu igid açdı gözünü.
Firəngiz çox xoşbəxt bildi özünü.
Adilin gözündən tökülürdü yaş.
Özünə gəlirdi o, yavaş -yavaş.
Aləm qarışmışdı otaqda indi.
Eşidən -bilənlər bol-bol sevindi.
Sevincdən gözyaşı tökürdü Reyhan.
Nə göyə, nə yerə sığırdı bu an…
*****
Adil şam olmuşdu,ana pərvanə.
Oğluyçün olurdu dəli-divanə.
Adilin yanında dururdu hər an.
Onu tək qoymurdu həmi də Reyhan.
Özünə gəlirdi günbəgün Adil.
Nağıl tək olmuşdu hər şey elə bil.
Adilin gözləri nələr görmüşdü.
Yanında dostların çoxu ölmüşdü.
Bəzisi itirdi görən gözünü.
Deyə bilməyirdi kimi sözünü.
Çünki tutulurdu onların dili.
Kimi qorxusundan olurdu dəli.
Baxırdı kiminin yoxuydu əli.
Ayaqsız igidlər varıydı, bəli.
Kiminin tikəsi gəlmirdi ələ.
Adil görməmişdi heç kimi belə.
Hər yana dəhşətlə,qəmlə baxırdı.
Orda su yerinə qanlar axırdı.
Bu dünya yerindən sanki qopurdu.
Su kimi axan qan yerə hopurdu.
Artıq müharibə çatmışdı başa.
Nə qədər igidlər dönmüşdü daşa.
Qələbə bizimdir, biz qazanmışıq!
İlham Əliyevə çox inanmışıq.
Qırx dörd gün həkk oldu tam yaddaşlara.
Dərs oldu erməni o, külbaşlara.
Düşməndən aldıq biz bax Qarabağı.
Azad eyləmişik tamam torpağı.
Hər şeyi qohumlar düz anladılar.
Reyhanla Adili nişanladılar.
Kəsmişdi düşmənin tamam davası.
Hər yerdən gəlirdi bayram havası.
Şəhərə çıxmışdı Adillə Reyhan.
Fişəng partlayırdı hər yanda bu an.
Onlar məhəbbətlə boylanırdılar.
Gözəl gələcəyə inanırdılar….


Rəna Qurbanlı Qılıcova -Pressaz. az