Rövşən Budaq: “Ən mahir tənqidçi Əsəd Cahangirə”
“Ən mahir tənqidçi Əsəd Cahangirə”
Əsrin Üns Məclisində,
Sözü nura boyadın.
Ariflər cərgəsində
Başda şəkilir adın.
Ən ali tədbirlərin,
Ən əziz qonağısan.
Qəzəlin, şeirlərin,
Sözün Cənnət bağısan.
Yazdığın əsərlərin,
Oxucuya zövq verir.
Dəyərli söz kəsərin
Şərə təsir göstərir.
Yurdum Azərbaycanın
Ən mahir tənqidçisi.
Bu söz dolu cahanın
Ən ciddi tənbehçisi.
Səninlə fəxr edirik,
Söz dünyan bir cahandır.
Yubileyin mübarək!,
Var ol Əsəd Cahangir!.
Rövşən Budaq-Pressaz.az