Beyləqanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib – FOTO
19 iyun 2021-ci il tarixdə Beyləqan şəhər Fərman Hacıyev adına tam orta məktəbin stadionunda birinci Qarabağ və ikinci Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turnirinə start verildi. Rayonun on üç komandası bu turnirə qatılmışdır.
Turnir başlamazdan əvvəl futbolçular 19 iyun 2021-ci il tarixdə Birinci Qarabağ və ikinci Qarabağ müharibəsində canlarını fəda edən Beyləqan şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlər abidə kompleksinin önünə gəlmişlər. Futbolçular abidə kompleksinin önünə gül çiçək dəstələri düzərək şəhidlərimizin xatirəsini böyük ehtiramla yad etmiş, Allahdan bütün şəhidlərimizə rəmət diləmişlər.
Sonra yarışlara start verilmişdir. Yarışlara ilk qatılan komandalar- Əlinəzərli və Beyləqan şəhər 2 nömrəli tam orta məktəbin komandaları olmuşdur.
Komandalara uğurlar diləyirik.
Elman İsrafiloğlu