Əfrahim Hüseynli: “MƏN BEHİŞT BİLDİYİM YERƏ GƏLMİŞDİM” – VİDEO
MƏN BEHİŞT BİLDİYİM YERƏ GƏLMİŞDİM
İlahi, gələndə belə gəlmişdim,
Mən behişt bildiyim yerə gəlmişdim.
Baharı bitməyən bahar bilmişdim,
Günlərin yalançı alqışı varmış.
Dedim bu yerlərdən keçməyə nə var,
Qayalar, dağlar da bir yuxu olar.
Yeridim, önümdə selləndi sular,
Göylərin vədəsiz yağışı varmış.
Yazan yazdığını yazıb yerbəyer,
Günlərdən, aylardan gileyim hədər?!..
Bəlkə sürdüyümüz bu ömrə qədər
Yolların nə dağı, nə daşı varmış.
Ya qına günləri, müqəssir elə,
Ya unut olanı, nə gəlir ələ?
Dinir ağac belə, dinir daş belə,
Dilsiz yolların da yaddaşı varmış
Cığır düyün-düyün, yol düyün-düyün,
Beləymiş sevgisi bu Yerin, Göyün?..
Payız tilsimində azan bir ömrün
Sonu yaz olmayan bir qışı varmış.
Əfrahim Hüseynli – Pressaz.az