Hüquqşünas – Şair Ədalət Əroğlu – Yeni şeirlər…
NƏDİR, ƏZABIM?
Bir təhər dəyirsən gözümə, dünya!
Baxmaq da istəmirəm üzünə, dünya!
Bir dəfə də sən bax, sözümə, dünya!
Nədir, bu günahım, nədir, əzabım?
***
Əl çəkmir işindən, bu zalım fələk,
Qoymayır boy ata, ucala dilək,
Firtına qoparıb, eyləyir külək,
Nədir, bu günahım, nədir, əzabım?
***
Alovlandım, yandım od tüstünə,
Dəniz coşur, ləpələnir üstümə,
Bu şairi sən özündən küsdümə,
Nədir, bu günahım, nədir, əzabım?
***
Amandır, Allahım, kömək ol bizə,
Bir xəta gəlməsin zəmanəmizə,
Dünyada çataq ədalətimizə,
Nədir, bu günahım, nədir, əzabım?
***
İzzətoğlu gör, nələri daşıyır?
Dərdin yazır, kədərini daşıyır,
Bir həyat eşqi var, hələ yaşıyır,
Nədir, bu günahım, nədir, əzabım?
Hüquqşünas, Şair ƏDALƏT ƏROĞLU