Beyləqanda 28 may Respublika günü münasibətilə tədbir keçirilib – FOTO


26 may 2021-ci il tarixdə Beyləqan rayonu Mərkəzləşmiş Kitabxanalar Sisteminin oxu zalında 28 may Respublika günü münasibətilə tədbir keçirilmişdir. Tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi və Beyləqan rayon MKS-nın birgə təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan bölməsinin sədri Rövşən Namazəliyev, birinci Qarabağ və Vətən müharibəsi qaziləri,müharibə veteranları, Kürdəmir Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Nazim Çıraq,Beyləqan rayon Mədəniyyət evinin direktoru İxtiyar Məmmədov, Beyləqan rayon MKS-nın direktoru Gültəkin Məmmədova, kitabxana işçiləri, “Quruluş” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu iştirak etmişlər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri Beyləqan rayon MKS-nın direktoru Gültəkin Məmmədov açıq etdi. 28 may Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və 44 gün davam edən Vətən müharibəsində igidlik, şücaət göstərən ordumuzun, qazi və müharibə veteranlarını qəhrəmanlığından danışdı.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan bölməsinin sədri Rövşən Namazəliyev çıxış edərək Birliyin bütün üzvlərini 28 may Respublika günü münasibətilə təbrik etdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin, xalqımızın Ali Baş Komandan müzəffər İlham Əliyevin rəhbərliyi ilə dəmir yumuruq kimi bir olub torpaqlarımızın azad etməsindən danışdı. Azərbaycan xalqının Zəfər bayramını fərəhlə qeyd etməsini vurğuladı.
Çıxış edənlərdən Nazim Çıraq, Qəmər Fərhadova, İxtiyar Məmmədov, Elman İsrafiloğlu, Sədaqət Qarayeva, Əbdülhəsən Tağıyev və başqaları 28 may Respublika gününün tarixindən danışdılar. Çıxış edənlər eyni zamanda Vətən müharibəsində igidlik , qəhrəmanlıq göstərən döyüşçülərimizlə fəxr etdiklərini, qürur duyduqlarını bildirdilər.Bildirdilər ki, bu igidlərimizin sayəsində üzərimizdən qara ləkə götürüldü. İndi biz qalib xalqın vətəndaşlarıyıq.Bu igidlərimizin sayəsində torpaqlarımız erməni işğalçılarından azad edildi.
Çıxış edənlər Şəhid olan igidlərimizə Allahdan rəhmət,Qazilərimizə Allahdan şəfa dilədilər.Allah ordumuzu, Ali Baş Komandanımız İlham Əliyevi var eləsin!
Tədbirdə F.Hacıyev adına Beyləqan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər.
Sonra tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.


Elman İsrafiloğlu. Pressaz.az