Beyləqan rayonunun Kəbirli kəndində Şəhidlər bulağının açılışı olub -FOTO
23 may 2021-ci il tarixdə Beyləqan rayonunun Kəbirli kəndində Şəhidlər bulağının açılışı olub. Kəbirli Şəhidlər bulağının açılış mərəasimində Şəhidlərin ailə üzvləri, müharibə veteranları, kənd sakinləri, Qarabağ Qazilər İctimai Birliyinin üzvləri, Azərbaycan Respublikası Şəhid ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Sabit Mehdiyev, “Quruluş” ictimai-siyasi qəzetinin təsisçisi və baş erdaktoru, hergun.az saytının rəhbəri Elman İsrafiloğlu, Beyləqan şairlərindənTahir Hüseyn,Etibar Süleymanlı, Ədalət Cümşüdoğlu, Elnur Qaraağlı,kənd fəallarından Həsənov Elşən, Rzayev Razi, İbrahimov İbrahimov Rasim, birinci Qarabağ müharibəsi iştiraçılarının komandiri Akif bəy,şəhid Məmmədyar Fərzəliyev adına Kəbirli kənd 1 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri, mətbuat işçiləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Kəbirli kənd axundu seyid Sübhan ağa Şəhidlərin ruhuna dualar oxudu. İştirakçılar Kəbirli Şəhidlər bulağı önünə əklillər və gül çiçək dəstələri düzərək şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Aparıcı, Respublikamızda tanınmış söz sahibi Baxşeyiş Kəbirli Şəhidlər bulağının açılış mərasimində ilk olaraq Kəbirli kənd ərazi İcra hakimiyyətinin nümayəndəsi Bakir Ağayevə söz verdi.
B.Ağayev 44 gün davam edən Vətən müharibəsində Kəbirli igidlərinin Ali Baş Komandan müzəffər İlham Əliyevin əmri ilə erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri şücaətlərdən danışdı. Dövlətimizin şəhid ailələrini daima diqqət mərkəzində saxladığından söz açdı və Allahdan şəhidlərimizə rəhmət dilədi.
Qarabağ qazilərindən Nüsrət Köçəriyev, Namiq Əmirxanov və başqaları çıxış edərək şəhidlərimizin keçdikləri döyüş yolundan bəhs etdilər.
Şəhid Məmmədyar Fərzəliyev adına Kəbirli kənd 1 nömrəli tam orta məktəbinin VII sinif şagirdləri Abbaslı Təhminə, İbrahimzadə Əzizə, V sinif şagirdi Tağızadə Aydan, IV sinif şagirdi Əsədova Nərminə, IX sinif şagirdi Ərşad Qurbanov şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Sonra şəhid ailələrinin üzvləri Şəhidlər bulağının suyundan içərək, bulağın qarşısında şəkillər çəkdirib.Şəhidlər bulağının açılış mərasimində Türkiyə-Azərbaycan Şəhid və Qazi ailələri genel başkanlığının Beyləqan başkanlığının başkan yardımçısı İlqar Hacıyev çıxış edib.
Şairlərdən Elman İsrafiloğlu şəhid Qəhrəman Rzayevə həsr etdiyi “Qəhrəman, adın tək Qəhrəman oldun”, şerini oxudu.Şairlərdən Etibar Süleymanlı və Elnur Qarabağlı şəhidimizə həsr etdiyi şeirlər söylədilər.
Şəhidlər bulağının açılış mərasimində Ramil Hikmət Beyləqan şəhidlərinə həsr etdiyi kitabını şəhir alillələrinə hədiyyə etdi.
Daha sonra Qarabağ Qazilər İctimai Birliyinin üzvləri Kəbirli kənd Şəhidlər xiyabanında olub, şəhidlərimizi ziyarət ediblər.
Elman İsrafiloğlu – Pressaz.az