Şəhid Nurlan Abdullayevin yadigarı balaca Aylanın ad günü – FOTO

Şəhid Abdullayev Nurlan İnqilab oğlu 30 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsində rəşadət, sücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.Allah şəhidimizə və bütün şəhidlərimizə rəhmət eləsin.
21 may 2021-ci il tarixdə Şəhidimizin gül balası, fidan balamız Aylanın 2 yaşı tamam oldu.
Azərbaycanın Milli Qəhrəmanı N.Allahverdiyev adına Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdləri, Yeni İctimai Nəzarət Təşkilatının Beyləqan rayon şöbəsinin sədri Asif Quliyev, təşkilatın üzvləri ilə Şəhidimizin yadigarı balaca Aylanın ad günündə iştirak etmişlər.
Əvvəlcə Şəhirlər xiyabanında Şəhidimizini məzarı ziyarət edildi. Şəhidimizin və şəhidlərin xatirəsinə dualar oxundu.
N.Allahverdiyev adına Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova çıxış edərək bildirdi ki, 44 gün davam edən vətən müharibəsində Ali Baş Komandan müzəffər İlham Əliyev başda olmaqla Azərbaycan Ordusu torpağlarımızı erməni işğalçılarından azad etdi və düşmən üzərində qələbə çaldıq. Bu qələbənin qazanılmasında məktəbimizin şagirdlərinin də payı var. N.Allahverdiyev adına Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdən Vətən müharibəsində döyüşən beş şagirdimiz şəhidlik zirvəsinə ucalıb. Məktəbimizin şəhidlərinin xatirəsinə guşə yaratmışıq. Şagirdlərimizə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu barədə mütamadi olaraq məlumatlar veririrk.Allah bütün şəhidlərimizə rəhmət eləsin. G.Cəfərova sonda balaca Aylanı ad günü münasibətilə təbrik etdi.
Məktəbin müəllimlərindən Lətafət Məmmədova, İqbal Zeynalov şıxış etdilər. Məktəbin şagirdlərindən IVa sinif şagirdi Əsgərzadə Zəhra Bəhram qızı, Vc sinif şagirdi Ələkbərli Şəbnəm Anar qızı şəhidlərə həsr olunmuş şeirlər söylədilər.
Yeni İctimai Nəzarət Təşkilatının Beyləqan rayon şöbəsinin sədri Asif Quliyev çıxış edərək Vətən müharibəsində xalqımızın Ali Baş Komandanla birlikdə dəmir yumruq kimi olmasından danışdı. Bildirdi ki, əgər düşmən hansısa təxribata əl atarsa DƏMİR YUMURUQ yenə də düşməni məhv etməyə hazırdır.A.Quliyev çıxışının sonunda şəhidimizin balası Aylanı 2 yaşı olması münasibəti ilə təbrik etdi.
“Quruluş” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu çıxış edərək Vətən müharibəsində Beyləqanın igid, qəhrəman övladlarının sücaətlərindən danışdı. Bildirdi ki, Beyləqanın igid övladları Vətən müharibəsində ən qaynar nöqtələrdə döyüşərək rəşadət göstərmişlər.Çıxışının sonunda Şəhidimizin yadigarı Aylanı iki yaşı olması münasibətilə təbrik etdi və Şəhidlərimizə Allahdan rəhmət dilədi.

 


Elman İsrafiloğlu,
Hergun.az saytının rəhbəri.