Könül Səssiz: “Mənim cavan, Şəhidim” -FOTO

         MƏNİM CAVAN ŞƏHİDİM

(Şəhid Səddam Bayramova həsr olunub)

Üzündəki məsumluğun heç üzündən getməmiş
Ölüm mələyi belə, onu səndən silməmiş.
Hələ sevgi bağından öz gülünü dərməmiş
Vətən üçün can qoydun, mənim cavan Şəhidim!

Ananın ürəyində əbədi nisgil oldun
Dünyada özündən də boyük xatirə qoydun.
Düşmənin yuvasını yandıraraq od vurdun
Adin dillərdə əzbər, mənim cavan Şəhidim!

Səninlə fəxr edir, doğulduğun el-oba
Səninlə qürurlanıb, danışır doya-doya.
O böyük ürəyinlə səs saldın sən dünyaya
Sən cənnətdə rahat ol, mənim cavan Şəhidim!

KÖNÜL SƏSSİZ – Pressaz.az