Tünzalənin “Şərhsiz” gecəsi baş tutdu+FOTO
Əməkdar artist Tünzalə Ağayevanın “Bakı Konqrens Hall”da “Şərhsiz” adlı konserti baş tutub.
Pressaz.az axşam.az-a istinadən bildirir ki, konsert bir saat gec başlayıb. Müğənni 1 saatdan sonra səhnəyə çıxaraq tamaşaçıları salamlayıb.
Tünzalə ilk olaraq “Bir də baxım” adlı mahnısını səsləndirib. Sənətçini “Hicaz” qrupu müşayiət edib. Onun ifa etdiyi növbəti mahnı isə “Bəhanə gəzirəm” olub. Mahnıları ilə yanaşı ifaçı gecədə izləyicilərlə səmimi söhbətləriylə də yadda qalıb.
T.Ağayeva “Qoşa qanad” mahnısını təqdim edərkən, bu yaxınlarda dünyasını dəyişən atasından söz açıb.