Hüquqşünas şair Ədalət Əroğlu:”

ARXADA DANIŞIB, GÜLMƏYƏ NƏ VAR?

Boş-boşuna danışırsan niyə, sən?
Başda papaq əsas deyil, biləsən.
Sözün varsa, sözü üzə deyəsən,
Arxada danışıb, gülməyə nə var?

Şeytan olub, insanlara qarışdın,
Qeybət edib, orda-burda danışdın.
Bilirsənmi, günahlarla barışdın…
Arxada danışıb, gülməyə nə var?

Gözündə bir tiri görməyən fələk,
Bu gözəl həyatda edirsən kələk.
Etmə, əməlinlə özünü həlak.
Arxada danışıb, gülməyə nə var?

Mələklər sağında, solunda yazır,
Tanrıya yönələn bir yolumuz var.
İzzətoğlu sözün düzünü yazır,
Arxada danışıb, gülməyə nə var?


Hüquqşünas, Şair Ədalət Əroğlu