Könül Səssiz: “Bir Qadın gördüm”!… VİDEO
BİR QADIN GÖRDÜM!…
(Dəyərli insan, gözəl xanım Məlahət İsmayılqızı-Əliyevaya )
Bir Qadın gördüm mən, baxışı qəmli
Hayatı sirr dolu, gözləri nəmli.
Keçdiyi yollar dumanlı -çənli
Bir Qadın gördüm!…
Bir Qadın gördüm mən, dünyası qərib
Cənnət ağacından o meyvə dərib.
Üzü nurlu, sanki cənnətdən gəlib
Bir Qadın gördüm! …
Bir Qadın gördüm mən, işvəli, nazlı
İncə gülüşləri bahardı-yazdı.
Danışanda səsi bir telli sazdı
Bir Qadın gördüm! …
Bir Qadın gördüm mən, sirli xəzinə
Yazdıqları çox dəyərli kəlimə.
Danışanda, tərs söz gəlməz dilinə
Bir Qadın gördüm!…
Bir Qadın gördüm mən, Vətən sevdalı
Torpağa bağlıdır, eşqdə vəfalı.
Bircə arzusu var, Göyçə Mahalı!….
“Qovuşum elimə, obama” deyir.
Bir Qadın gördüm!…
Könül Səssiz -Pressaz.az