Aygün Həsənoğlu: “Tarixin heç bir fırtınası bizi yox edə biməz!”…

Aygün Həsənoğlu: “Qarabağın üzünü görmədiyim halda, Qarabağ üçün niyə bu qədər inadla mübarizə apardığımı görənlər təəccüblənirdi…

(Mübarizəm silahla olmayıb, qələmlə, elmlə olub. 1989-ci ildən bəri çıxışlar, tədbirlər, ədəbi və publisistik əsərlər, məqalələr, layihələr, arayışlar, təkliflər, sənədlər… yazmaq və hazırlamaqla məşğul olmuşam. Nə şəxsi maraq arxasınca qaçmışam, nə vəzifə, nə də siyasi iddia.)

        Əslində mən yalnız Qarabağ üçün çalışmırdım, Azərbaycan üçün çalışırdım. Çünki torpaqların itkisi həm də mənəvi dəyərlərin itkisinə gətirib çıxarmışdı. Xalqın təkcə ümidi deyil, özünə inamı da itmişdi. Qadınlarda özünümüdafiə hissi artdıqca, kişilərdə də özünə-sözünə hörmət azalmışdır. İnsanların təkcə ruhu deyil, çiyinləri də getdikcə əyilirdi. Kimi dərddən, kimi xəstəlikdən, kimi də yaltaqlıqdan əyilirdi… Yaxşı pisə, həqiqət yalana qarışmış, yerlər dəyişik düşmüş, cəmiyyətdə müvazinət pozulmuşdu….
Xalqın mənəvi dünyası çökürdü… daha doğrusu, xalq yox olurdu.
ŞÜKÜR Kİ, TORPAQ PROBLEMİ ÜMUMİLİKDƏ HƏLL OLUNDU. İNŞALLAH ƏRAZİ BÜTÜNLÜYÜMÜZÜ TAMAMİLƏ BƏRPA EDƏCƏYİK.
Xalq 44 günlük müharibədə tək yumruq kimi birləşdi, ona görə də güclü oldu.
        Bu birlikdən sonra yenə xalqın mənəvi təmizlənməsini istəməyən qüvvələr ortalığı bulandırmaq istəyir və bunu çox alçaq səviyyədə etməyə çalışırlar.
Amma bacarmayacaqlar!
Edə bilməyəcəklər!
Ortada xain əllərin bizi yönəltməsinə icazə verməyəcəyik.
Biz, dırnaqları ilə qayalardan qələbə qoparan, şəhadəti gülərək qarşılayan əsgəri, üzünə qan çiləyən terrora gülümsəyərək onu məğlub edən körpəni, ərinin tabutunu çiynində aparan, oğlunun tabutunu əlləri üstündə tutan ananın, son manatını orduya verən babanı birləşdirən millətik… Tarixin heç bir fırtınası bizi yox edə biməz!
      HƏR ZAMAN VARDIQ, VARIQ VƏ VAR OLACAĞIQ!”

 

Pressaz.az