Şair-publisist Fazil Əsəd – Yeni şeirlər…

               GÖNDƏRİR

Etdiyin yaxşılıq heç yadda qalmır,
Dua istəyəndə qarğış göndərir.
Başına döndüyüm nəzərə almır ,
Günəş istəyəndə yağış göndərir.

Sevirəm -sevgimdən naz istəyirəm,
Çoxla işim yoxdu, az istəyirəm.
Bir güllü – çiçəkli yaz istəyirəm,
Başına döndüyüm qar – qış göndərir.

Olur ki ,bilmirsən hara düşübsən?
Hansı cəhənnəmə,gora düşübsən?..
Amma ki görəndə dara düşübsən,
“Şahmat taxtasıda” çıxış göndərir.

               MƏNİ

İnciyib , küsüb , deyəsən,
Dindirmir küçələr məni .
Əvvəlkitək qucağına
Mindirmir küçələr məni .

Gedib -gəlmişik bu yolu ,
Eləcə nağıllar dolu…
Bu bizim sevgi simvolu ,
Tək qoymur gecələr məni .

Ehey , buludtək dolacam ,
Yağıb , gözlərdə qalacam …
….Məğlub , ya qalib olacam,
…Yordu heç – heçələr məni…

           DƏNİZ

Məni yaman çox istəyir,
İndi alacaq qadamı…
…Dəniz də qadın kimidir,-
Özünə çəkir adamı .

Yamanca vurğun olmuşam,
Salıbdı məni oynuna.
İki yolum var – neyləyim ?
Məni alanda qoynuna.

Sevirsən,sevirlər səni,
Yaradan yaradlb bizi.
Dəniz nə desə edəcəm,
Sevirəm axı dənizi…

Ürəyim təmizdən təmiz,
Bax hər şeydən təmiz sevgim !
Dənizi çox sevirəm mən ,
Tükənməz heç dəniz sevgim !..

Məni yaman çox istəyir ,
İndi alacaq qadamı…
Dəniz də qadın kimidir,-
Özünə çəkir adamı…

FAZİL ƏSƏD -Pressaz.az