Şair – publisist Elman İsrafiloğlu: “Sözlü sehrli dünya -XX”
2020-ci il xalqımızın yaddaşında QƏLƏBƏ-ili kimi qaldı. Bu qələbə ilə hər birimiz qürur duyur və deyirik:ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCANIM!
2020-ci il eyni zamanda öz qapılarını şair və yazıçılarımızın üzünə açdı. Bu qapıdan keçən söz adamları da digən insanlar kimi dünyanın ən dəhşətli COVİD-19 virusu ilə də üzləşdilər. Allaha çox şükürlər olsun ki, bu virusla mübarizədə dünya xalqları həmrəylik, birlik göstərərək birgə mübarizəyə qalxmışlar. İnanırıq ki, erməni işğalçılarına qalib gəldiyimiz kimi COVİD-19-a da qalib gələcəyik, inşəallah!
“Sözlü sehrli dünya -XX” almanaxı artıq neçə ildir ki, illərin süzgəcindən keçərək sizinlə görüşə gəlir, əziz oxucular. Almanaxda əsərləri gedən bütün şair və yazıçılarımızı Novruz bayramı münasibəti ilə təbrik edirik.
Bu sayımızda tanınmış şair və yazıçılardan Elman İsrafiloğlu, Gülxas Səmədli, Giya Paçxataşvili (Gürcüstan), Zöhrə Qaraqızı, İlter Yaşılay (Türkiyə), Qiymət Məhərrəmli, Famil Hacısoy, Bilal Dilsiz (Türküyə), Hidayət Ağalar, Əlizamin Hüseynli, İsmayıl Zəngilanlı, İsa Zeynaloğlu, Əslinaz Familqızı, Gültəkin İlkay, Əkbər Milli, Kifayət Hüseynova, Ramilə Atəş, Könül Səssiz, Cezayır Cengiz (Türkiyə), Raquf Kimsə, Nəsibə Şəfiyeva, Avşar Eyvaz, Həsən Səfərəliyev (Allah rəhmət eləsin) ,Babakişi Beyləqani (Rusiya Federasiyası), Eldar Həsrət, Məmməd Qəhrəmanoğlu, Vüqar Beyləqani, İmamverdi Dağlaroğlu, Tahir Hüseyn, Vidadi Hidayət, Bəhani Ağdaşlı, Binnət Əliyev, Knyaz Cəfərov, Azər Köndələnçay, Oqtay Mirzəyevin şeirləri, hekayələri və publisistik yazılarına geniş yer ayrılmışdır.
Elman İsrafiloğlu,
AYB, AJB-nin üzvü, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru, “Sözlü sehrli dünya” ədəbi məclisin sədridir.