Dərya Qılıc:”Humayın məhəbbəti” (Hekayə) -VİDEO
Hekayə yazıçı-publisist Dərya Qılıcın “Kəhrəba bıcaq” adlı kitabından götürülüb
HUMAYIN MƏHƏBBƏTİ
Aida xanımın gözü pəncərədə qalmışdı. Bu saatlarda Humay artıq evdə olmalı idi. Aida xanımın gözünün ağı -qarası yeganə övladı bu il institutu bitirirdi. lakin qadını narahat edən bu deyildi. Bu xoş bahar günüdə qız ona nə isə demək istədiyini söyləyib, sora susmuşdu. Bu sözün nə söz olduğunu təxmin etməyə çalışan Aida xanım qızının elçilərdən danışacağını düşünüb həyəcanlardı. Axır vaxtlar dalbadal xoş xəbərlər eşitməyə vərdiş edən xanım , indi də ürəyinə yatan bir kürəkən haqqında xəbər duymaq istəyirdi. Keçən il ilin bu vaxtlarında hec ağlına gəlmədiyi bir halda Vidadinin işini dəyişib nazirliyə aparmışdılar. Çəmi altı ay bundan əvvəl isə vəzifəsini qaldırıb şöbə müdiri təyin etmişdilər. Qadının dünyası dəyişmişdi. Ətrafındakı adamlar, gedib gəldiyi məclislər, məclislərin keçirildiyi məkanlar başqalaşmışdı. Aida xanım bütün varlığı ilə təzə tanış olduğu , qadınlara oxşamağa çalışırdı. Geyiminə , sac düzümünə, dırnaq və dodaq boyalarına nəzər yetirməyə başlamışdı. Qızının ona verdiyi xəbərdən sonra isə yeni – yeni xəyallara düşmüşdü. Qudasının da ən azından nazir olmağını istəyirdi. Bu istəklə gözünün önündə canlandırdığı aləmdən ayrıla bilmirdi. Hətta az qalırdı ki, Humaydan bir xəbər almamış Vidadiyə də desin ki, tezliklə nazir qudamız bizə ayaq acacaq. Bir təhər səbrini basıb, Humayın verəcəyi xəbəri gözləyirdi. Qız isə bacarınca söhbətdən yayınırdı. Qapının zəngi çalınanda Aida xanım qurduğu xəyaldan zorla ayrılıb qapını acmağa getdi. Gələn Humay idi. Qızın xoşbəxt görkəmi qadını daha da ruhlandırdı. Vidadinin gəlmək vaxtına qədər özünü zorla saxlaya bildi. Nəhayət xoşbəxt görkəmli qızının ağzını açmadığını görüb ,özü sual yağdırmağa başladı. Aldığı cavablar az qaldı ki, qadının ürəyini yatırtsın. Humayın sevdiyi oğlan onunla oxuyurmuş. Maraqlısı isə o idi ki, hansısa ucqar bir rayondan idi. Rayon sözünü eşidəndə od tutub yanan qadın, oğlangilin kənddə yaşadıqlarını eşidəndə dəli oldu. Üstəlik də qız oğlanın ata anasının nə işin sahibi olduğunu bilmirdi. Amma anasından oğlanın elçilərini qəbul etməyini tələb edirdi. Vidadi qapıdan içəri girməsə ana bala əməlli başlı dava edəçəkdilər. Bu gün tez kəsilən davanın təməli qoyuldu. Xəbər Vidadiyə də çatdı. Kişi də Aidə xanım kimi daş atıb başını altına tutdu. Dava qız institutu bitirənə qədər davam etdi. Humay isə institutu bitirən kimi Nicata qoşulub rayona getdi.
Vidadi ilə Aidə qızlarından belə bir hərəkət gözləmirdilər. Demək olar ki şoka düşmüşdülər. Bir həftə dəliyə döndülər. Günlər ötdükcə isə Humaysız dünyalarının daraldığını anladılar. Belə ki, qız ilə küsülü qalmaq iqtidarında olmadığılarını başa düşən kimi, Aidə mən gedib qızımı qaytaraçam -, dedi. Qadının sözündən başının tükləri ayağa duran Vidadi, bir neçə gündən sonra onunla razılaşmalı oldu. Aidə Humayın kənddə bədbəxt olmağına razı ola bilmərəm ,- deyirdi. Gələndə özü başa düşəcək ki, səhv edib. Bir müddətdən sonra nəhayət qarşısına yaxşı qismət çıxar, onunla ailə qurub xoşbəxt olar, deyə təsəlli. tapmağa çalışırdı.
Bir səhər yuxudan duran kimi qərarlarını qətiləşdirib Humayı gətirmək üçün rayona yola düşdülər. Havalar bərk qızmağa başlamışdı. Bakıda istidən nəfəs almaq olmurdu. Yol boyu heç biri danışmadı, sanki sözləri bitmişdi. Aidənin qarnından qara qanlar axırdı. Humayın onu görəndə sevinəçəyini və dərhal qayıtmağa razı olacağını düşünüb için – için ağlayırdı. Getdikləri rayon lap ucqarda yerləşdiyi üçün oraya şər qarışanda çatdılar. Oğlangil rayona bitişik kənddə yaşayırdı. Soraqlayıb kəndin yolunu da öyrəndilər. Kənd yoluna düşəndə başından tüstü qalxan Aidə od tutub yanırdı. Nicatgilin evini tapmaq elə də çətin olmadı. Çünki onun atasını hər kəs tanıyırmış. Maşını qarşısında skamya olan bir darvazanın ağzında saxlayıb düşdülər. Maşından düşüb təəccüb etdilər. Bu elə bir darvaza idi ki, sanki qəsr qapısı idi. Neçə deyərlər başına baxanın başından papağı düşürdü. Bir az tərəddüd edib qapını çaldılar. Darvaza açıq idi. Səsə içəridən uca boylu, yaraşıqlı, səliqəli geyimli orta yaşlı bir qadın çıxdı. Rəfiqə xanım gələnlərə xoş gəldin deməyə macal tapmamış , Aidə bir nəfəsə qızımı aparmağa gəlmişik deyib hay – küy saldı. Donub yerində qalan qadının köməyinə haradansa peyda olan Zöhrab müəllim gəlib dedi:
– Ay canım belə xoş gəlib, səfa gətirmisiniz. Hələ bir içəri keçin, bir stəkan çay için, su için. Sonra da necə istəyirsiniz onu da edərsiniz. Deyin görüm sizin qapınızdan Humay kimi gözəl bir qız içəri girsə nə edərsiniz? Biz çox sevindik və xoş gəldin dedik.
Kişi elə hay küy salmışdı ki, Vidadigil pilləkənlərlə nə vaxt yuxarı qalxdıqlarını bilmədilər. Bildikləri o idi ki, qeyri adi gözəl və çox böyük bir zala daxil olmuşdular. Əslində bura toyxanaya bənzəyirdi. Başdan başa bahalı xalçalarla döşənmiş zalın qövsvarı pəncərələrindən, atlaz və tül pərdələr asılmışdı . Divar boyu bahalı divan və kreslolar düzülmüşdü. Ortada az qala qırx adamlıq böyük bir masa qoyulmuşdu. Zöhrab müəllim danışa – danışa pəncərələri acırdı. O, qonaqların yanından ayrılmasa da az sonra masanın üstündə barmaq basmağa yer yox idi. Hava qaraldıqca çöldən xoş, sərin hava ilə birlikdə kababın ləzzətli qoxusu içəri dolurdu. Aidə xanım arada bir Humayla görüşmək istədiyini söylədikcə, Rəfiqə xanım, ay bacı görüşəcəksən də niyə darıxırsan ?- deyirdi. Vidadi gözü ilə işarə edib otur yerində- dedi. Onların görüşünə gələnlərin sayı artdıqca yeməklərin də çeşidi artırdı. Hinduşka kababı, balıq soyutması, beçə qızartması və daha nələr .Bulaq suyundan qaynadılmış samovar çayı Vidadiyə ləzzət edirdi. Düzü çoxdan bəri şəhərdən kənara çıxmayan kişi buradakı abu -havadan həzz alırdı. Gecənin yarısına qədər davam edən qonaqlığın bitmədiyini görən Aidə xanım yatmağa getdi. Vidadi ilə danışa bilmədiy üçün hələlik Humayla görüşmək fikrindən daşındı . Rəfiqə xanım onu iri bir dəhlizdən keçirib yataq otağına ötürdü. Saraya bənzəyən mənzilin yataq otağına çatmaq üçün xeyli getməli oldular. Neçə gündən bəri gözünə yuxu getməyən Aidə xanım yatağa uzanan kimi yatdı. Vidadinin otağa nə vaxt gəldiyindən xəbəri olmadı. Səhər onu yuxudan pəncərədən gələn xoş səhər mehi oyatdı. Harada olduğunu birdən anlayıb yerindən dik atıldı. Pəncərəyə yaxınlaşıb pərdəni çəkib çölə baxdı. Gözünün qarşısında acılan mənzərə qadını məftun etdi. Bura əsl cənnət idi. Gül gülü çağırırdı, bülbül bülbülü. Quşların səsi insanı valeh edirdi. Sol tərəfdən nə isə pıçıltı səsi gəldiyini duyan qadın başını səs gələn tərəfə çevirəndə ürəyi titrədi. Humay çarhovuzun başında oturub əlini üzünə tutub ağlayırdı. Onun yanında ayaq üstə dayanan oğlan əllərini qoynuna qoyub nə isə deyirdi. Hələ indiyə qədər Nicatın neçə bir oğlan olmağı ilə maraqlanmayan qadın donub yerində qalmışdı. Əynində ağ idman geyimi olan oğlan sanki əl ilə çəkilmiş rəsm əsəri idi. Uca boyu düzgün qaməti və çox yaraşıqlı, eyni zamanda ciddi sifəti var idi. Qadın pəncərədən ayrılıb Vidadini silkələyib zorla oyatdı. Kişi təəccüblə nə olub ?- dedi. Aidə dur tez ol pəncərədən sol tərəfə bax deyib , özü yenidən pərdəni ehmalca kənara çəkdi. Vidadi nə isə ciddi bir məsələ olduğunu düşünüb cəld pəncərəyə yaxınlaşdı. Humay indi hönkür – hönkür ağlayıb atam gedək desə , mən nə edəçəm?- deyirdi. Sakit dayanıb qıza baxan Nicat ehmalca əlini uzadıb qızın saclarını tumarladı ,sonra axı mən sənin atana nə deyə bilərəm?- dedi. Vidadi dabanın üstündə geri fırlanıb gedirik, dedi. Aidənin ağzını acıb sual verməyinə macal verməyib sözünü təkrar etdi. Geyinib ehmalca aşağı düşdülər. Axşamdan içəri salınmağına razı olmadığı maşınına minib yola düşdülər .
Hava lap açılanda onlar artıq Gəncəni keçmişdilər. Qızına çox yaraşan yaraşıqlı oğlanı gözünün önündə çanlandıran Aidə gülümsəyərək dedi:
-Niyə qoymadın vidalaşaq?
Zəhmətkeş bir ailənin uğurlarına hələ də təəccüb edən Vidadi, dünən gələn qonaqlardan duydum , Zöhrab toya hazırlaşır – dedi. Masanın üstünə yazıb qoydum ki, toya bizi də dəvət edin. Uzaq başı bir iki günə qohum qardaşı da yığıb toya gələrik.
Dərya Qılıc – Pressaz.az