Şair-publisist Müşviq Rafaeloğlunun yeni şeirlər kitabı tezliklə oxucuların ixtiyarına veriləcək..
Pressaz.az – ın məlumatına görə bu yaxınlarda şair publisist, “Telli Sənəm” ədəbi-bədii publisistik jurnalının Baş redaktoru Müşviq Rafaeloğlunun “Bozqurdların oylağıdır Borçalı” adlı şeirlər kitabı oxucuların ixtiyarına veriləcək.
MƏN ÇALA BİLSƏYDİM SAZI SİNƏMDƏ
Ruhuma məlhəmdi sazın gur səsi,
Sevgidi, diləkdi hər bir pərdəsi.
Mən valeh edərdim bəlkə hər kəsi,
Mən çala bilsəydim sazı sinəmdə.
Duyardım bülbülün zümzüməsini,
Dağlardan süzülən suyun səsini.
Silərdim ruhumun qəm pərdəsini,
Mən çala bilsəydim sazı sinəmdə.
Oxşasam anamın laylalarını,
Əridər qəlbimin buzun, qarını.
Dil də saza verər söz ilqarını.
Mən çala bilsəydim sazı sinəmdə.
Müşviqəm , mən sazsiz necə alışım,
Gah zilə, gah bəmə necə qarışım.
Kor olan bəxtimlə necə barışım,
Mən çala bilmədim sazı sinəmdə.
Pressaz.az