Bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib – FOTO

Bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib. Aksiya Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının rəhbəri işlədiyi qısa müddət ərzində rayon əhalisi arasında böyük nüfuz sahibi, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Direktoru, tanınmış həkim Elnur Azadxanovun rəhbərliyi altında çox uğurla davam edib. Qanvermə aksiyasına gələn insanlarım ardı-arası kəsilmək bilmirdi. Cəlilabadda indiyə qədər belə möhtəşəm aksiya baş tutmamışdı. Səhiyyə işçiləri aktivlikləri ilə daha da fərqlənirdi. Əsasən Mərkəzi xəstəxananın, Alar, Şiləvəngə, Qarazəncir və s. tibb müəssisələrinin kollektivlərini misal göstərmək olar. Neçə- neçə talassemiya xəstəsinin, neçə-neçə qana ehtiyacı olan insanların köməyinə çatan, başda Rayon Xəstəxanasının Direktoru Elnur Azadxanov olmaqla bu möhtəşəm tədbirdə iştirak edən hər bir kəsə xalqımız adından öz minnətdarlığımızı bildiririk! Eşq olsun belə səhiyyə işçilərinə. Elnur doktor, həmişə ucada olasınız!

Ə. Mütəllimov – Pressaz.az