Könül Səssiz: “Qadından yazın”…
QADINDAN YAZIN!…
Bu gün bayram deyib, təbrik yazanlar
“İldə bircə dəfə, sayıb, ananlar.”
Qadının dəyərin “gec anlayanlar”
Siz, hamınız, yazın, Qadından yazın!….
Bir ömür çəkər o, hər kəsin nazın
Süfrədə pay çəkər özünə azın.
Evin yanan çırağı, simidir sazın
Yazın, siz hamınız, Qadından yazın!…
Sevgisi dəryadır, heç azalmayan
Çətinə düşəndə, heç darılmayan
Sevdiyi insandan, heç ayrılmayan
Yazın, siz hamınız Qadından yazın!…
O mələkdir, lütf edibdir Yaradan
O güclü biridir, deyil sıradan.
Oğulların şəhid verən Anadan
Yazın, siz hamınız, Qadından yazın!….
Yeri gəlsə, həkim olan Anadan
Yeri gəlsə, nökər olan Anadan
Övlad üçün, candan keçən Anadan
Yazın, siz hamınız, Qadından yazın!…
Yazın, tarixlərə düşsün adları
Qorxutsun düşməni, duyan yadları.
Tomris qeyrətli, ər qadınları!
Yazın, siz hamınız, Qadından yazın!….
Yazın, tək bu gün yox, hər zaman yazın!…
Könül Səssiz -Pressaz.az