Azərbaycanın istedadlı şairi Bəhram Fərmanzadənin 70 – illik yubileyidir – FOTO
Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin təşkilatçılığı ilə 6 – mart 2021-çi il tarixində Beyləqan şəhərində
İstedadlı şair Bəhram Fərmanzadənin yubiley tədbiri keçirildi.
Azərbaycanın istedadlı şairi Bəhram Fərmanzadənin 70- illik yubiley tədbirinə yığışmış Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beyləqan Bölməsinin şair və yazıçıları əvvəlcə Beyləqan şəhərində 12- ci əsr Azərbaycanın görkəmli şairi Mücirəddin Beyləqani adına parkda ucaldılmış dahi şair Mücirəddin Beyləqaninin abidəsi önünə gül- çiçək düzmüşdülər. Mərhum şairin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
AYB Beyləqan Bölməsinin bir qrup şair və yazıçıları Bölmənin ofisində yubiley tədbirini davam etdirdilər.
AYB- nin Beyləqan Bölməsinin sədri Fazil Əsəd tədbiri giriş sözü açaraq şair Bəhram Fərmanzadəni yubiley münasibətilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından və böləmizin şair və yazıçıları adından təbrik etdi. Şairin həyat və yaradıcılığı haqda geniş söhbət açaraq ona can sağlığı, yeni – yeni yaradıcılıq uğurları arzuladı.
Şairin qələm dostu, bölmənin 1- ci müavini, Raquf Budaqlı B. Fərmanzadə ilə keçirdiyi ötən xatirələrdən danışdı. AYB- nin Beyləqan Bölməsinin adından yubilyara hədiyyələr təqdim etdi.
Sonra AYB- nin Beyləqan Bölməsinin şair və yazıçılarından Ağa Savalan, Allahverdi Kərimoğlu, Vəliyəddin Əhmədbəy, Feyruz Hilaloğlu, Tahirə Xudaverdiyeva, Mirvari Qarabağlı, Rövşən Budaq, Əhməd Xalacoğlu, Arif Həsənli, Qəni Qəmli, Araz Elsevər, Vüsal
B. Fərmanzadəyə həsr etdikləri şeirləri oxudular, şairin əsərlərindən parçalar söylədilər, həyat yolundan söz açdılar.
Sonda yubilyar Bəhram Fərmanzadə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və AYB Beyləqan Bölməsinə dərin təşəkkürünü bildirdi.
Sevdalı dərvişin sevgi qatarı
şeir, Azərbaycanın istedadlı şairi, qələm dostum Bəhram Fərmanzadənin yubileyinə
həsr olunur
Haqqın qəm yükünü yığıb qəlbinə,
Yüz ildi yol gəlir sevdalı dərviş.
Sehirli əsasın alıb əlinə,
Zirvəyə yüksəlir sevdalı dərviş.
Nur alııb Qorquddan Ulu cədditək,
Nizami, Füzuli ruhuyla Yaşar.
Yığıb mücrüsünə Mücirəddintək,
Söz mülkü çiynində dağları açar.
Dərib bəyaz, zərif bahar çiçəyin,
Sevib ilk sevgisi, son sevgisini.
Oxşayır ruhunu bu vəhy mələyi,
Köksündən pay verir söz sevgisini.
Yoluna gül səpir, çəfalar çəkir,
Rəng qatıb, həyatın boyayır nura.
Qoruyur şairi, o, tədbir tökür,
Əsəndə ruzigar, düşəndə dara.
Sevdalı dərvişin eşqi çox dərin,
Sevdiyi yarına nəğmələr qoşur.
Vəsf edir camalın, nurlu gözlərin,
Onun məhəbbəti sədləri aşır.
O, görüb- götürüb dünyamdan çox şey,
Qəlbinə xal salıb oğul itkisi.
İçində hıçqırıq, nalə çəkir ney,
Çiynində dörd qizın yükü, çəkisi.
Sevdalı dərvişin bağçası barlı
Bəzəyir şeiri, sözü hər yanı.
Sinəsi doludu, ürəyi varlı,
Asta qədəmlərlə keçir dəryanı.
Bu Sevda dastanı, bu vüsal dəmi,
Bu eşqin mənzili cənnət diyarı.
Dolanır elləri, gəzir aləmi,
Sevdalı dərvişin sevgi qatarı.
Rövşən Budaq -Pressaz.az