Hüquqşünas – şair Ədalət Əroğlu :” TÜRKÜN SƏSİ” – FOTO
TÜRKÜN SƏSİ
Bir səs gəlir qulağıma,
Bu bir Tanrı sədasıdır.
Bu Turanın gur səsidir.
Dünyaları fəth edəcək,
Yeni dünya ölkəsidir.
Bilməlidir bunu hər kəs.
İki qardaş yan-yanadır,
Araz ortada sərhəddir,
Dərdi sinəmi qanadır.
Yaraşırmı bu ayrılıq?!
Azərbaycan övladına?
Çox dözmüşük, qar, çovquna,
Parçalanmış bu ölkəmiz,
Qaysaqlanmır yaramız.
Birləşməsək biz gedirik,
Bi minvalla görən hara?
Qalx, Türk qardaşım, Oyan!
Al şəfəqli bayrağına sən də boyan.
Kimdi bizi parçalayıb,
Ağrı, dərdimizi duyan?!
Şəhid edib övladını,
Məzarlara vaxtsız qoyan?
Qan içində körpələrin,
Ahılların gözün oyan?
Vətən-Ana, Ana-Vətən,
De, bunların nə fərqi var?
Fələk verib,
Türk oğluna belə dərdi?
Ərdoğana miras qalıb,
Turanının elə dərdi?
Tanrı oğlu, Türk adamı-
Əroğlunu, həm mərdi,
Bu döyüşün sonu aşkar,
Qələbədi, zəfərdi!
Hüquqşünas – şair Ədalət Əroğlu -Pressaz.az