Müəllim ömrü yanar şama bənzəyir – FOTO

Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.

Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər.

Haqqında qürurla, fəxrlə danışmaq istədiyim, sözün əsl mənasında gözəl insan, qayğıkeş ana, gözəl pedaqoq 53 Saylı Tam Orta məktəbin Fiziki Tərbiyə  müəllimi Məlahət xanım Fətullayevadır.

Bu gün Məlahət xanımın ad günüdür. Pressaz.az kollektivi adından Məlahət xanımı təbrik edir, ona həyatda və işlərində uğurlar diləyirəm.

Ad gününüz mübarək olsun, Məlahət xanım! 

Könül Səssiz – Pressaz.az xəbər portalının redaktoru