Həkim-şair Əfrahim Hüseynli: ” ƏLLƏRİM UZUN DEYİLSƏ” – FOTO

ƏLLƏRİM UZUN DEYİLSƏ

Gümanı dardan asdırsam,
Yolçunu yolda azdırsam,
Haqqı nahaqqa basdırsam,
Ürək, günahımdan keçmə!

Yolum sazaqla döyülsə,
Gedib namərdə əyilsəm…
Əllərim uzun deyilsə,
Çörək, günahımdan keçmə!

Dadına yetər olmasam,
Səsləsən, dinər olmasam,
Yağışa dönər olmasam,
Çiçək, günahımdan keçmə!

Bu ocağa enə bilsən,-
Odumu söndürə bilsən,
Yolumdan döndərə bilsən,
Külək, günahımdan keçmə!

Əfrahim Hüseynli -Pressaz.az