Adil Muradov: “Ayırırlar insanları”… – VİDEO

   AYIRIRLAR İNSANLARI!….

Ayırırlar insanları, ayırırlar…
Nə baxırlar göz yaşına,
nə fikrini soruşurlar.
Amma bir az ümidim var
ki, sevənlər ölsələr də, qovuşurlar.

O ümidlər hər sübh qonur
pəncərənə sərçələrtək,
Hər açanda pəncərəni uçuşurlar…
Bəzən isə xatırlatmaq üçün səni
xatirələr
dayanmırlar, hey əlləşib-vuruşurlar.

Bu gün nəsə qəribəlik hiss edirəm,
sıxıntılar, çətinliklər
sanki məndən sovuşurlar.
Bir işə bax, çıxan kimi
otağımın qapısında
Əcəlimlə toqquşurlar

Adil Muradov – Pressaz.az