Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar İzmirdə anım mərasimi keçirilib – FOTO

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkiyənin İzmir vilayətinin Bornova rayonunda yerləşən Azərbaycan Dostluq Parkında anım mərasimi keçirilib.
Pressaz.az xəbər verir ki, mərasimdə Bornova rayon bələdiyyəsinin sədri və rayonun icra başçısı, barnovalılar, azərbaycanlılar iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki qardaş ölkə şəhidlərinin xatirəsi ehtiramla anılıb. Parkda yerləşən Xocalı soyqırımı abidəsinin önünə güllər düzülüb.
Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Mülazim Pahsa və digərləri çıxışlarında Xocalı soyqırımının dəhşətlərindən danışıblar. 

Nizami Şahgəldiyev – Pressaz.az