Dilguşə Gülümcan:” Qanlı Xocalım” VİDEO
QANLI XOCALIM
Dağlıq Qarabağım gəlibdir dilə,
Haykırır göz yaşın o silə-silə,
Tutuşa bilmədik deyir əl-ələ,
Namusum, qeyrətim başımda şalım,
Əsir qalıb axı, qanlı Xocalım!
O sual verir ki, harda qalmısiz?
Guya Qarabağı tamam almısız,
Düşmənin canına siz od salmısız,
Demirsiz gavurdan gedim öc alım,
Əsir qalıb axı, qanlı Xocalım!
Aramızda satqın, şərəfsiz çoxdu,
Bilmədik yarıda kim kimdən qorxdu,
Burnunu araya yenə rus soxdu,
Yaman pərişandi bil indi halım,
Əsir qalıb axı, qanlı Xocalım!
Millətə yapışıb zəhərli gənə,
Qanımızı sorur o dənə- dənə,
Niyə götürürük bu qədər tənə?
Xalq deyir qurtuluş yolunu salım,
Əsir qalıb axı, qanlı Xocalım!
Yirmi altı fevral qanayan yara,
Təqvimdə o gündür bizə üz qara,
Xalqın gözü yaşlı, qəlb para-para,
Var bir diləyimiz ölüm, ya qalım,
Əsir qalıb axı, qanlı Xocalım!
Dilguşə Gülüstan -Pressaz.az