Ramilə Atəş: “Güllələr altında qaldı Xocalı”!… VİDEO
XOCALI
Soyuq qış gecəsi, qaranlıq meşə,
Ah-nalə səsindən qulaq tutulur.
Yağış tək ələnir düşmən gülləsi,
Güllələr altında qaldı Xocalı.
O gecə analar qara bağladı,
Körpələr anasız qalıb aqladı.
Qocaya, cavana aman vermədi.
Düşmən talan etdi, yandı Xocalı.
Düşmənlə vuruşdu son ana qədər
Düşmənə baş əymədi, durdu Xocalı .
Böyüklü-kiçikli Şəhidlər verdi,
Şəhidlər şəhəri oldu Xocalı!
Ramilə Atəş – Pressaz.az