Saleh Səbat: “Ata,evə gəlirəm”… VİDEO

ATA, EVƏ GƏLİRƏM…

Ata, evə gəlirəm
Bütün kəndə, sal haray.
Həyətin qapısını,
Açıq saxla tayba-tay.

Bir az da qaldır göyə,
Divardakı bayraqı.
Rəqsi,vəcdə gətirsin
Hər təpəni,hər dağı.

Sən də,bir az, möhkəm ol
Qurban olum,qəm yemə.
Amandı bu xəbəri ,
Anama, birdən demə.

De, yıxılıb azacıq,
Əl-ayağını cızıb.
Ona görə komandir,
Uşaqı evə yazıb…

Ya da de ki, sürüşüb,
Yıxılıb,qolu çıxıb.
Ya da de ki, darıxıb,
Bizim üçün, darıxıb…

O, dözməz bu xəbərə
Kimsə qəfildən desə.
Ona göre sən özün,
Sən özün de,necəsə…

Salam ata, buda mən
Görüşmürdük haçandı
,,Quzu balam” dediyin,
İndi bir, Qəhrəmandır!

Camaat mərdliyimdən
Hələ, çox danışacaq!
Eşitdikcə kədərin,
Sevincə qarışacaq.

İndi isə, son dəfə
Qucaqlaşaq, gedirəm…..
Qulaqıma pıçılda,
Səninlə,fəxr edirəm!

Haqqını halal elə
Hər şey üçün çox sağ ol.
Yeməyinə fikir ver,
Anamdan muğayat ol.

Əlvida bütün evin,
Yükünü çəkən adam.
Bir oğul tabutuna,
Gücü çatmayan,Atam…

 

Saleh Səbat – Pressaz.az