Ramilə Atəş: ” Qar Havası”…

           QAR HAVASI

Gözəl təbiətin şıltaq nəfəsi,
Soyuq şaxta ile qorxudur bizi,
Ağ örpək altından baxır gizlicə.
Salxım söyüdlərim kövrəkləşərək,
Gəlintək nazlanır, qar havasından.

Vəsf etmək istədim, qarı, şaxtanı,
Yarı yolda qalmış şaxta babanı.
Qar qızı səsləyib, görmək istədim,
Qar qızla dərdimi bölmek istədim.

Nə qar qız hay verdi, nə şaxta baba,
Sükuta qərq olmuş bütün el-oba.
Bəs nələr baş verir, nədir bu sükut?
Bəlkə də onları əjdaha udub?!…

Eh, gözəl təbiət neyləsin axı,
Görünür insanların dönübdü çarxı.
Allah bu gözəlliyə qıymasın, axı
Şair, gözəlliyi vəsf edir axı…

Ramilə Atəşin bahar nəfəsi
Sərt buzu əridər, açar qəfəsi
Quşların cəh-cəhi, yazın gəlişi,
Qarları əridər, yarın gülüşü.

Ramilə Atəş – Pressaz.az