Bu gün  həkim – şair Əfrahim Hüseynlinin ad günüdür – FOTO VİDEO

Bu gün  həkim – şair Əfrahim Hüseynlinin ad günüdür.

Pressaz.az kollektivi olaraq Əfrahim Bəyə sağlam və xoşbəxt uzun ömür arzulayır, bütün işlərində, həyat və yaradıcılığında uğurlar diləyirik. Həmişə sevənlərinizin və sevdiklərinizin arasında olasınız, Əfrahim Bəy.

AD GÜNÜNÜZ MÜBARƏK! 


23 fevral 1954-cü ildə Cəlilabad rayonun Alar kəndində anadan olmuşdur.
Orta məktəbi boya-başa çatdığı doğma kənddə bitirmişdir.
1972-ci ildə Azərbaycan Tibb İstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır.
Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxasında həkim-terapevt kimi fəaliyyətə başlamışdır.
İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmiş və Alar sahə xəstəxanasının baş həkimi təyin edilmişdir.
Hal-hazırda da həmin sahə xəstəxanasının baş həkimidir.

Ədəbiyyata 70-ci ildə mərkəzi mətbuatda çap olunan “Bakını gecə lövhəsi” şeri ilə gəlmisdir Sonralar onun imzasına dövri mətbuatda tez-tez rast gəlmişik, səsi radio – efir dalğalarında eşıdilib. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (“Çeşmə”) rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.
Yeddi şeirlər kitabının müəllifi və həkim-yazarların ilk poetik toplusu olan, məşhur “Həkimlərin söz dünyası” kitabının tərtibçisidir.
Şeirləri Türkiyədə çap olunan “Altun kalemler” kitabında yer alıb və qardaş ölkənin oxucuları tərəfindən rəğbətlə qarşılanıb.
2001-ci ildən AYB-nin üzvüdür.

Şairin şerlərinə müxtəlif illərdə T. Bayram, N. Kəsəmənli, B. Bağırli və başqa tanınmış ədəbiyyat adamları rəy yazmışdir.
Əfrahim Huseynli istedadlı şair olmaqla bərabər, həm də insanların rəğbətini qazanmış gözəl bir həkimdir.
Rəhbərlik etdiyi kollektivdə böyük nüfuza malik olan Əfrahim neçə-neçə ailəyə sevinc bəxş etmişdir.
Dəfələrlə fəxri-fərmanlarla, “NƏRİMAN NƏRİMANOV”, “XƏMSƏ”, “CƏSARƏTLİ QƏLƏM”, “İBN-SİNA” mükafatlarına və Fəxri diplomlarına layiq görülüb.
Ailəlidir. Bir övladı və nəvələri var.

Əsərləri: “Səni gözləyə-gözləyə” (şeirlər), “Yollar qayadan asılır” (şeirlər və poemalar), “Ömrü hamıtək yaşasan” (şeirlər və poemalar), “Məni axtaran varsa” (şeirlər və poemalar), “Nə yaman çətinmiş məni tanımaq” (şeirlər və poemalar), “Yağan yağış yollarını döydümü” (şeirlər və poemalar) ,”Ürəyi aldatmaq olmur” (şeirlər və poemalar), “Həkimlərin söz dünyası”(Həkim-yazarların ilk poetik toplusu).

 

 

 

Pressaz.az