İLHAM ƏLİYEVİN 15 İLLİK FƏALİYYƏTİ

Bu gün dövlət başçısı İlham Əliyevin ilk dəfə prezident seçildiyi gündür. Sürətlə inkişaf edən, dünyanın önəmli ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. 

İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 15 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

İlham Əliyev işə fəaliyyətinin ilk anlarından bu günə qədər dövrün tələblərinə tam cavab verən və milli dövlət suverenliyini qoruyan proqramları uğurla həyata keçirir. Onun daxili siyasətlə xarici siyasəti balanslaşdıra bilməsi digər dövlət başçıları üçün də bir nümunə kimi göstərilir. 

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Son 15 ildə ölkədə minlərə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib.

Onun 15 ildə ölkədə gördüyü müsbət işlər sadalamaqla bitməz. Xalq ilk gündə olduğu kimi 15 ildən sonra da İlham Əliyevin bu siyasətinin uğurla davam edəcəyinə inanır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər ərzində keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq böyük naliyyətə imza atıb. Bunu Azərbaycan paytaxtının simasından da görmək olur. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə, regionun biznes və mədəniyyət mərkəzinə, cəlbedici turizm və istirahət məkanına çevrilib. Məhz Prezident İlham Əliyevin xidmətləri sayəsində ölkəmizin müstəqillik dayaqları daha da möhkəmlənib, Azərbaycanın əldə etdiyi uğurlar, nümayiş etdirdiyi qətiyyət sübut edib ki, xalqımız müstəqil yaşamağa və öz dövlətçilik ənənələrini qoruyub saxlamağa qadirdir, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır.

 

                                                                                                                             Ramilə Məmmədova