Ramilə Atəş: “ŞƏHİD SƏDDAM DASTANI” – FOTO VİDEO


    “ŞƏHİD SƏDDAM DASTANI”

Təzəkənd kəndində göz açdı Səddam
Dünyaya səs saldı söyledi varam .
Ələddin kişiyə güc-qüvvət gəldi
O gün ki, Səddamı dünyaya gəldi.

O gəldi dünyaya qəhrəman kimi
Silinsin göz yaşı qalmasın nəmi.
Anamız solmasın, gözü dolmasın
Şəhid qardaşların qanı yerdə qalmasın.

Səddam dostlarından çox fərqlənirdi
Torpaq həsrətindən kədərlənirdi.
Qarabağ torpağın azad etmək üçün
Silaha sarılıb qürrələnirdi.

O,qəlbi saf-təmiz cəsarətilə
Hörmət qazanmışdı şücaəti ilə.
Hər kəsə nümunə rəşadətilə
Qəlblərdə yaşayıb, qalacaq Səddam!
Əbədi tarixdə qalacaq Səddam!

Alı Baş Komandan vur emri verdi!
İgid əsgərlərə cəsarət verdi.
Səddam da atıldı qanlı döyüşə
Yer-göy titrəyirdi, haydi döyüşək!

Mənfur düşmənlərə qan uddurararaq
Düşmən mövqeyini məhv edir Səddam.
Vətənin dar günü qəlbini üzür
Onun təmiz ruhu Şuşanı gəzir.

Onun xəyalları, arzusu vardı
Qurduğu xəyallar yarımçıq qaldı.
Səddam çarpışırdı, o vuruşurdu.
Qəzəbdən yanırdı, o alışırdı.

O çətin məqamda qorxmur, çəkinmir,
Düşmən qorxusundan gözə görünmür.
Gizlənir tülkütək pusquda durur
Namərd snayperlə Səddamı vurur.

Snayper zərbəsi Səddamı  yıxmır.
Qanlı döyüşlərdə irəli gedir.
Snayper bu dəfə alnından dəyir
Onun cəsur ruhu yerə əyilmir!…

Onun gözlərində düşmən bir heçdi
Vətəni uğrunda canından keçdi.
Onun bahar ömrü xəzana döndü.
Xəzanla dünyadan, köç etdi Səddam.

O igid qəhrəman, o and yerimiz!
Yeni ad qazandı, səhidim Səddam!
Sən qürur verirsən ləyaqətinlə
Təzəkənd fəxr edir, şücaətinlə!

Döyüşə bu başladın “Allahu Əkbər”
Sənin cəsarətin dillərdə əzbər.
Sən bu torpaqlarda sakit, rahat yat,
Qarabağ bizimdir, bizimdir, Səddam!

Ələddin kişinin kövrək ürəyi,
Getmişdi evinin arxa-dirəyi.
Kaş yenə görəydi oğlu Səddamı
Hər kəsi yandırır, yoxdu Səddamı.

O, nurlu siması getmiş gözündən,
Anan da ağlayır, darıxır, Səddam!
Hər qapı açılıb, bağlanan zaman,
Ananın gözləri yollara baxır….
Səddamsiz bu dünya zindandir axı!…

Bibilər toyunu gözləyən zaman
Fələk yol vermədi, dayandı zaman.
Nə yaman olurmuş ayrılıq,aman!
Sənin ayrılığın ağladır, Səddam!

Atan şərəfinə bir qala tikdi,
Dörd yanda qızılgül, çiçəklər əkdi.
Səddama əbədi abidə tikdi,
Deyir ki, Səddamım mənimçün təkdi!

Səddam arzularda yaşayacaqdır!
Şəhidlik adını daşıyacaqdır!
Ələddin kişinin kövrək həyatı
Səddamla yenidən başlayacaqdır!

 

Ramilə Atəş -Pressaz.az