Müşviq Rafaeloğlu: “ŞƏHİD ANASI” – FOTO VİDEO “
ŞƏHİD ANASI
Şirin olur halva özgə dilində,
Zəhərdən acıdır şəhid evində.
Nazirin balası gəzir kefində,
Əzab çəkən yenə Şəhid anası!
Mərd oğul böyüdüb köhnə daxmada,
Çöküb arzuları, çöküb daxma da.
Xatirə yağışı qalıb daxmada,
Belin bükən yenə Şəhid anası!
Bu qəmin fəryadı, ömürlük olar,
Qəlbində əzəli dərd yuva salar.
Yaşamaq həvəsi gün bə gün solar,
Dərddən çökən yenə Şəhid anası !
Ölüm pəncəsində yenə şən idin,
Qəlpəli canınla Vətənim dedin.
Qürurla şəhidlik libasın geydin,
Mərdlik əkən yenə Şəhid anası!
Şəhidim şəfəq tək nurunu saldı,
Ay kimi gecənin zülfünü aldı.
Əbədi tarixin izində qaldı,
Vallah ərən elə Şəhid anası!
Şair- publisist Müşviq Rafaeloğlu -Pressaz.az