Hüquqşünas -şair Ədalət Əroğlu: “Ruhun şad olsun, Şəhidim” – FOTO

                   UNUTMADIQ!

Bu gün Azərbaycanın qorxmaz, cəsur və Miilli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əslən Lerik rayonundandır. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Dünyada heç bir qəhrəmanın keçə bilmədiyi keçidi, tərəddüt etmədən bir gecədə keçmişdir. Seyid nəvəsi cənnətin aşiqi olduğu üçün, önündə olan maniələri bir göz qırpımında keçərək, çox sayda düşmənləri məhv etmişdir. Sonunda isə aşiq olduğu cənnətə qovuşdu.

Ruhun şad olsun Şəhidim!

 

Hüquqşünas -şair Ədalət Əroğlu – Pressaz.az